Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Geni dəyişdirilmiş qidalar autizm yaradır

 

Hazırda dünyada 70 minə yaxın autizm xəstəsi var. Azərbaycanda autizm xəstələrinin statistikası aparılmasa da onların sayının 4 minə yaxın olduğu ehtimal edilir.
"Xeberinfo.com":  Məlumata görə, Alimlər isə yaxın gələcəkdə autizmlə doğulan uşaqların sayında ciddi artım olacağını proqnozlaşdırır. Hətta hər il ikinci uşağın bu sindromla doğulacağı da güman edilir. Virtualaz.org saytının rg.ru saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın Massaçusets Texniki Universitetinin əməkdaşı Steffani Seneff araşdırmalarının nəticələrinə əsaslanaraq iddia edir ki, herbisid raundap adlı maddənin, daha doğrusu, onun inqridiyenti olan qlifosat maddəsinin istifadə edilməsinin autizm xəstəliyinin inkişafı ilə birbaşa əlaqəsi var. Mütəxəssis 1990-cı ildən bu günə qədər herbisidin tətbiq edilməsi ilə autizm xəstəliyinin dəfələrlə artdığını bildirib.
Digər alimlər isə səslənən bu iddia ilə razı deyillər. Onlar qeyd edirlər ki, autizm xəstəliyinin səbəbləri tam araşdırılmadığına görə bu cür qəti və birmənalı nəticəyə gəlmək olmaz.
Qeyd etmək lazımdır ki, Avropa alimləri “herbisid raundap”ın və genetikası dəyişdirilmiş toxumların insan orqanizminə təsirini araşdırıblar. Onlar qlifosfatın toksiki olduğunu aşkar edib. Laborator testlərdə onun toksiki nəticəri süni şəkildə azaldılıb. Nəticə isə belə olub: genetikası dəyişdirilmiş qidalar autizm sindromunun yaranma səbəbi ola bilər.
Bununla belə tədqiqatçılar hesab edir ki, “herbisid raundap” yeni uzunmüddətli toksiki araşdırmalardan keçməlidir, amma hələlik onun insan səhhətinə nə dərəcədə ziyanlı olub-olmaması araşdırılmalıdır.
Bu xəstəliyin göstəriciləri qeyri-iradi hərəkətlərlə, nitqin olmaması və təkrar nitqlə, göz təmasından yayınma ilə depressiv formada büruzə verən sindromdur. Autizm sindromlu uşaq onunla danışan adama, işarə ilə göstərilən yerə baxmır, yersiz ağlayır və ya gülür, bir sözü və ya bir hecanı bir neçə dəfə təkrar edir, gedib-gələcəyi yola bağlanır, gözünün yaxınlığında əli ilə təkrar hərəkət edir, özünə bilə-bilə ziyan vurur, tələbatı yoxdur, ünsiyyətə girməyə çətinlik çəkir və s. Autizm özünü əsasən 3 yaşından sonra biruzə verir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam