Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Məşhur azərbaycanlı alim seçki yarışına qatıldı -22-dən namizəddir

 

Dünya Tibbi Hüquq Assosiasiyasının birinci vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professoru, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan bürosunun rəhbəri, tibb elmləri doktoru, hüquqşünas Vüqar Məmmədov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Yenixeber.org: Seçki qərargahından verilən məlumata görə, professor 22 saylı Nəsimi İkinci Seçki Dairəsindən namizədliyini irəli sürüb və qeydə alınıb.

Namizəd saytımıza açıqlamasında deyib ki, etika və qanun çərçivəsində ciddi və qalibiyyətə aparan mübarizəyə hazırlaşır. "Bu prosesin asan olmadığını bilirəm, lakin insanlarımızın ürəklərini və səslərini qazana biləcəyimə və verilən səsləri qoruya biləcəyimə əminəm" - deyə Vüqar Məmmədov vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam