Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Ruslar daim Azərbaycanın vəzifəlilərinə orden, medal, ermənilərə isə torpaq verib...”

“Odur ki, Rusiyanın da iştirakı olan jurnalist mübadiləsi layihəsindən də müsbət nəticə gözləmək sadəlöhvlükdür...”

Yenixeber.org: “Erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri o  zaman əhəmiyyətli olar ki, onlardan biz öz siyasətimizə uyğun, doğru şəkildə istifadə edək”.
Bu fikri açıqlamasında tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev söyləyib.
Ermənistanda doğulub boya-başa çatmış, ermənilərin hər iki mənada dilini yaxşı bilən həmsöhbətimiz indiki şəraitdə işğalşı ölkə və separatçı rejimlə qarşılıqlı səfərlərin, özü də yarımgizli şəkildə edilən səfərlərin torpaqlarımızın işğaldan azad edilməsi üçün heç bir əhəmiyyət daşımadığını bildirib.
“Bizim Ermənistan və işğal altındakı Qarabağa yollanan jurnalistlərimizi yaxından tanımıram. Yaxşı olardı ki, onlar ermənicə də biləydi və ermənilərin nələr danışdığını, gerçək niyyətlərini anlayaydılar, sadə erməni sakinlərin münaqişə barədə nə düşündüyünü öyrənəydilər, İrəvanda, Xankəndidə diskussiyalar keçirəydilər və Azərbaycanın haqlı olduğunu sübut etməyə çalışaydılar. Hesab edirəm ki,  bu səfərə qatılan jurnalistlərimiz çox üzüyola, Qarabağ məsələsinə üzdən, loyal yanaşan şəxslər olub...” –deyə sabiq deputat vurğulayıb.
M.Musayev ermənu jurnalistlərin ölkəmizə gəlişinə də özünəməxsus münasibət bildirib:
“Erməni jurnalistlərin Azərbaycana gəlişinə gəldikdə, sözsüz ki, onlar bizim aramıza bir qaliblik hissiyatıyla gəliblər. Bakıda xoş münasibət görsələr də, müasir, Avropa tipli bir şəhərlə qarşılaşsalar da, bunu tam şəkildə etiraf etmək istəmirlər. Çünki üzdə riyakarcasına gülümsəsələr də, qəlblərində kin, nifrət var. Mən ermənicə bildiyimdən  Ermənistanın “Şant” telekanalının Bakıda olmuş aparıcısı Artyom Yerekyanın çıxışlarını da müntəzəm izləyirəm. Bəli, Moderator.az-ın bu günlərdə yazdığı məlumat doğrudur: A.Yerekyyan daim Türkiyə və Azərbaycan əleyhinə çıxışlar edir. Belə bir erməni jurnalistinin Bakıya gizli şəkildə gətirilib-aparılmasının nə mənası var? Bunun o halda bir az effekti olardı ki, erməni jurnalistlərlə  Bakıda, Gəncədə diskussiyalar təşkil ediləydi, onlara söyüş, hədə ilə yox,  ağılla, məntiqlə, faktlarla sübut olunaydı ki, sizin  bu günədək bizim haqqımızda, Qarabağ haqda dediklərinizin hamısı yalandır...”
“Bu jurnalist mübadiləsi layihəsinin  müəllifi biz özümüz olmadığımızdan onun mexanizmi də əlimizdə deyil. Bu ATƏT-in Minsk Qrupunun, o cümlədən Rusiyanın təşəbbüsü ilə həyata keçirilib. Rusiya da digərləri kimi, həmişə bizim başımızı qatmaqla, loru dildə desək, başımızı piyləməklə məşğul olub. Tarixən daim belə olub: ruslar ən yaxşı halda Azərbaycanın vəzifəlilərinə orden, medal, ermənilərə isə torpaq verib. Ona görə də onların iştirakı olan bu layihədən də bir müsbət nəticə gözləmək sadəlöhvlükdür...”- deyə keçmiş parlament üzvü fikirlərini təəssüf hissi ilə tamamlayıb. (moderator)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam