Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilər Qarabağ icmasının hesabını bağlatdırdı

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi rəsmi Tvitter hesabının bağlanması ilə bağlı bəyanat yayıb.

Yenixeber.org: Sözügedən bəyanatı təqdim edirik:

"Bildirmək istərdik ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi Twitter hesabın ermənilərin coxsaylı şikayəti nəticəsində Twitter admnistirasiyası tərəfindən bağlanıb. Bununla bağlı, tərəfimizdən Twitter-ə rəsmi müraciət edilsə də, bu haqda icmaya hər hansı izahat verilməyib. Dünyanın tanınmış sosial şəbəkəsi tərəfindən icmanın rəsmi Twitter hesabının bloklanması ermənilərin Dağlıq Qarabağ azərbaycanlılarının haqq səsinə olan dözümsüzlüyünü göstərməklə yanaşı, Tvitter-in azad sözə və paylaşıma olan “münasibətinin” təzahürüdür.

Tvitter əgər ermənilərin şikayətini qəbul edərək, 1 miliyondan çox soydaşımızın pozulmuş təbii hüquq və azadlıqlarını, o cümlədən öz torpaqlarına geri dönmək və mülkiyyət hüquqlarını həyata keçirə bilməməsini görməməzlikdən gəlirsə, müasir dünyada ikili standartların özünü bu şəkildə açıq büruzə verməsi yalnız təəssüf hissi doğurur.

Yaxşı olardı ki, Tvitter admnistirasiyası icmamızın rəsmi səhifəsini bağlamaq əvəzinə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh şəraitində birgə yaşayaşının yenidən bərpa edilməsinə çağırışlar edərdi".

İcma sosial şəbəkə istifadəçiləri olan soydaşlarımıza müraciət edərək fəal şəkildə icmanın @AzeCommunityNK hesabını dəstəkləməyə və icmanın rəsmi hesabının bərpa edilməsindən ötrü həmrəylik nümayiş etdirməyə, Tvitter admnistirasiyasına çoxsaylı müraciətlər ünvanlamağa çağırır:

"Hesab edirik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin incisi olan Şuşanın işğal günündə bütün azərbaycanlılar erməni yalanlarına qarşı çıxış edərək birlikdə haqq səsimizi ucaltmaqdan çəkinməməliyik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam