Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Xaricdəki ermənilərlə əməkdaşlıq etməliyik”

 

“Azərbaycan diasporu, lobbisi Ermənistan dövlətinə, hökumətinə və işğalçılıq siyasətinə qarşı mövqedə olan xaricdəki ermənilərdən yaxşı və müsbət mənada istifadə etməlidir. Amma çox təəssüf ki, dünyadakı Azərbaycan diasporu, lobbisi bu gün bunu edə bilmir. 
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən erməniləri açıq şəkildə əməkdaşlığa cəlb etməliyik. Azərbaycanın maraqları çərçivəsində onlarla birlikdə Ermənistana qarşı mübarizə aparmaq lazımdır”.

 

Xeberinfo.com:  Bu barədə Modern.az saytına açıqlamasında deputat Fazil Mustafa bildirib.

 

“Lobbimiz xaricdəki Ermənistan əleyhdarı olan ermənilərlə birgə işləməlidir”

 

Deputat bildirib ki, Azərbaycan diasporu xaricdə yaşayan və Ermənistana qarşı olan ermənilərlə Azərbaycan naminə əlaqələr yaratmalıdır:

Baxmayaraq ki, o şəxslər milliyətcə ermənidirlər yenə də Azərbaycan diasporu həmin şəxslərdən yaxşı və müsbət mənada istifadə etməlidirlər. Azərbaycan diasporu bu gün xaricdə siyasi mühacir həyatı yaşayan və Ermənistan dövlətinin, hakimiyyətinin əleyhinə olan ermənilərə tribuna və kürsü verməlidirlər.

 

Xaricdəki Azərbaycan lobbisi, diasporumuz Ermənistana qarşı olan, bu dövlətin siyasətini pisləyən ermənilərin fikirlərini tirajlamalıdır. Həmin ermənilər hətta Azərbaycanın xaricdəki diaspor təşkilatlarının qurultaylarına, tədbirlərinə dəvət olunmalıdır.

 

Qoy, həmin ermənilər desinlər ki, “Ermənistan işğalçı dövlətdir”, “Ermənistan-Azərbaycan dostluğu olsun”. İşğalçılığa qarşı öz prinsipial mövqeyini ortaya qoyan ermənilərlə əməkdaşlıq bizim diaspor, lobbiçilik işimizə faydalı olar”.

 

“Ermənistanı ermənilərin əli ilə ifşa edə bilərik”

 

Fazil Mustafa söyləyib ki, Ermənistanın əlehdarı olan ermənilərə xaricdəki Azərbaycan diasporu tribuna və kürsü də verməlidir:

 

“Bu cür ermənilərə Azərbaycan diasporu xaricdə şərait yaratmalıdır. Çünki biri var ki, Ermənistanın işğalçılıq siyasətini, bu dövlətə qarşı fikirləri Azərbaycan diasporu, azərbaycanlı səsləndirsin. Biri də var, Ermənistanın əleyhinə olan düşüncələri erməninin özü desin. Bizim tərəfdən ermənilərə qarşı deyilən fikirlərdə biz hər zaman dünya ictimaiyyətini inandırmaq problemi ilə üz üzə qalırıq.

 

Əlbəttə ki, ermənilərin Ermənistan əleyhinə dedikləri daha effektli və tutarlı olar. Əgər belə olsa, ABŞ, Avropa dövlətlərindəki cəmiyyətlərdə biz daha çox üstünlük qazana bilərik, Ermənistana qarşı apardığımız lobbiçilik fəaliyyətində bir addım öndə olarıq.

Demokratik görüntü naminə, yaxud Ermənistan xüsusi xidmət orqanlarının qurduğu bir oyunun içinə düşərək ermənilərlə işbirliyi qurmaq yolverilməzdir və xəyanətdir. Ələkrəm Hümmətov sayağı, namussuzcasına erməniyə satılmaq və İrəvanda vətənin əleyhinə çıxış etmək kimi addımları biz bir kənara qoyuruq. Bunlar sırf vətənə xəyanətlə bağlı bir addımdır.

 

Biz diaspor sahəsində Ermənistan dövlət və hakimiyyətinə qarşı olan qüvvələrlə birgə aparacağımız fəaliyyəti bununla qarışdırmamalıyıq.

Xaricdəki ermənilərdən istifadə etmək və erməniləri öz əlləri ilə ifşa etmək məqsədi ilə əlaqə qurmaq hesab edirəm ki, faydamıza olar”.

 

“O cür erməniləri ələ almaq üçün Diasporla İş üzrə Dövlət Komitə və Xarici İşlər Nazirliyi...”

 

Deputat deyib ki, Azərbaycan bu işi görə bilmək üçün müvafiq dövlət orqanları xaricdə əlaqəli işləyə bilməlidir:

“Azərbaycan diasporu bunu mütləq etməlidir. Təəssüf ki,  bu günə qədər gördüyümüz işlər çox da yaxşı və effektli deyil.

 

Əvvəla ermənilərin içində belə adamların, yəni öz ölkəsinə və dövlətinə qarşı işləyən, açıq şəkildə çıxış edən və bəyanatlar verən adamları tapmaq çətindir.

Digər tərəfdən isə bizim bu istiqamətdə gördüyümüz işlər də çox zəifdir. Azərbaycan diasporunun, lobbisinin Ermənistan dövlətinə, hakimiyyətinə qarşı olan xaricdəki erməniləri yaxşı mənada ələ almaq və onlardan istifadə etmək üçün ilk növbədə  Diasporla İş Üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi birlikdə, koordinasiyalı şəkildə ciddi iş görməlidirlər.

Bu koordinasiya bu gün geniş və şəbəkəli şəkildə xaricdə müşahidə olunmur. Buna görə də bu istiqamətdə sistemsiz bir fəaliyyət görünməkdədir. Bu da işin müəyyən dərəcədə mənfi istiqamətdə olmasına təsir edir. Burada ciddi bir koordinasiya olmalıdır. Ermənistanın əleyhinə olan ermənilər tapılmalıdır”.

 

“Ermənistana qarşı olan xaricdəki erməniləri Azərbaycan dəstəkləməlidir”

 

Fazil Mustafa əlavə edib ki, lazım gəlsə, Azərbaycan öz maraqları naminə xaricdəki Ermənistan əlehdarı olan erməniləri dəstəkləməlidir.

 

Deputat bildirib ki, bu işə maliyyə ayırmaq məsələsində diqqətli olmaq lazımdır:

“Xaricdəki Ermənistan əlehdarı olan ermənilər tapılaraq təşviq olunmalı və dəstəklənməlidir ki, onlar da qorxub-çəkinmədən Azərbaycan diasporu və lobbisi ilə birlikdə Ermənistana qarşı kampaniyalarda rahat iştirak edə bilsinlər.

Həmin ermənilərin öz ölkələrinə qarşı verəcəkləri açıqlama, bəyanat və çıxışlar daha effektli olacaq.

 

Bu işdə maliyyə məsələsi bir az mürəkkəbdir. Çünki hər şey də pulla olmur. İlk növbədə bu işdə məsul olan dövlət qurumlarının sistemli və informasiyalı fəaliyyət planları olmalıdır.

Burada təbii ki, müəyyən ermənilərin fəaliyyətinə dəstək vermək bxımından maliyyə də lazımdır. Amma biz ilk növbədə bilməliyik ki, həmin ermənilərə də maliyyəni necə verəcəyik.

Yəni onlar bizim xeyrimizə və Ermənistanın əleyhinə açıqlamalar, çıxışlar və bəyanatlar verməklə bizim işimizə müsbət və effektli təsir edəcəklərsə, maliyyə də verməliyik.

Yəni keçici tədbirlərlə, kimlərəsə qonaqlıqlar verməklə belə bir ciddi məsələni həll edə bilmərik. İlk növbədə həmin ermənilərlə hansı formada işləyəcəyimizi və maliyyəni də nələrin qarşılığında verəcəyimizi bilməliyik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam