Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Gündüz Əliyevin “film” kimi karyerası...-MTN-nin poçtalyona çevirdiyi sahibkar

 

 
Zakir Fərəcovun “sağ əli” kimlərə və niyə xərac verib?

Yenixeber.org: Son günlər Sumqayıt şəhər İcra Hakimiyyətində, daha doğrusu Zakir Fərəcovun yaxın ətrafında ciddi intriqaların döndüyü və bu intriqaların artıq qarşıudurmaya çevrilməsi haqda məlumatlar mətbuatda yer almaqdadır. Qeyd edək ki, qarşurmanın bir tərəfində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının I müavini Teymur Səmədov və müavin Fəzail Hüseynov, digər tərəfində isə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev durur.

Qeyd edək ki, Sumqayıt şəhəri cari ilin noyabr ayında özünün 70 illik yubileyini qeyd edəcək. Buma görə də şəhər icra hakimiyyətində yubileyə böyek hazırlıq aparılır. Yuxarıda qeyd etdiyimiz intriqalar və qarşıdurma da bu hazırlıqlar fonunda daha da böyüməkdədir. Tərəflər bir-birlərini gözdən salmaq və yubileyin təşkilatçılığında önəmli simaya çevrilmək üçün bütün mümkün imkanlardan yararlanlar. Xatıqrladaq ki, Fəzail Hüseynov Sumqayıt bulvarının inşası zamanı gözə girməyi başararaq Zakir Fərəcovun müavini ola bilmişdi. İndi isə Gündüz Əliyev yaranmış vəziyyətdən yararlanaraq öz statusunu dəyişməyə cəhd edir. Onun əsas hədəfi birinci müavin postu olduğu qeyd olunur və bu üzdən də Teynur Səmədov və Fəzail Hüseynova qarşı böyük intriqaların içinə girməkdən çəkinmir. Təbii ki, Teynur Səmədov və Fəzail Hüseynov da hər fürsətdə Gündüz Əliyevə qarşılıq verirlər.

Bəs bu gün Zakir Fərəcovun ən yaxınıında yer almağı və Sumqayıtın icra başçısının iki ən güclü müavininə qarşı durmağı Gündüz Əliyev kimdir?

Xatırladaq ki, söhbət nəhəng mebel sexinə, çoxsaylı obyektlərə sahib olan iş adamı Gündüz Əliyevdən gedir.

Əslində Gündüz Əliyevin karyera tarixçəsi bir film kimidir. Biz sizi o “film”lə tanış olmağa dəvət edirik:

         Milyonlar qazandıran mebel sexi? – Bu ki, inandırıcı deyil...

Məlumat üçün qeyd edək ki, Gündüz Əliyevin ləğv edilmiş MTN-ə xərac verməsi 2014-cü ilə təsadüf etsə də, onun maliyyə piramidasında yüksəlişi xeyli əvvələ təsadüf edir. Başqa sözlə desək, Gündüz Əliyev 2014-cü ildə MTN tərəfindən saxlanılanda onun malik olduğu sərvətin miqdarı adi mebel sexi sahibinin malik ola biləcəyi sərvətdən qat-qat çox idi. Əslində milli maraqların müdafiəsinə deyil, şəxsi maraqların təmininə istiqamətlənmiş MTN-nin diqqətini də məhz bu amil çəkmişdi. Elə buna görə də Gündüz Əliyevlə bağlı əməliyyat planı quran MTN onu saxlamaq, sahib olduğu pulların bir hissəsinə əl qoymaqla yanaşı, bu pulların mənbəyini də öyrənməyi hədəfləmişdi.

                                “Buta” əməliyyatı, yaxud həyatın cəhənnəmə çevrildiyi an...

Gündüz Əliyevin gəlir mənbəyini müəyyənləşdirmək, onun münasibətdə olduğu şxəslərin əhatə dairəsini öyrənmək üçün sahibkarın əlaqə telefonlarını nəzarətə götürən MTN, tezliklə ona 161 min manat məbləğində pul gələcəyini müəyyənləşdirir. Bu informasiyanın ardınca Gndüz Əliyevlə bağlı əməliyyat planı quran MTN, 2014-cü ilin dekabrında “Buta” kafesində mebel sexi sahibinə qarşı əməliyyat reallaşdırır.

Axşam saat 20:00 radələrində “Buta” kafesində oturub pul gözləyən Gündüz Əliyevin gözlədiyi şəxs çox keçmir ki, kafeyə daxil olur. Lakin onun gətirdiyi pula toxunmaq Gndüz Əliyevə nəsib olmur. Belə ki, həmin şəxsin ardınca kafeyə daxil olan MTN əməkdaşları hər iki şəxsi saxlayaraq onların pullarına əl qoyur...

                      “Beloçka” torbasındakı gizlədilən pullar, məşhəri xatırladan istintaq...

Mənbənin məlumatına görə, MTN-nin “Buta” əməliyyatı zamanı Gündüz Əliyevin ələ keçirilən pulları “Beloçka” tumlarının reklamı olan sellofan torbada olub. Hansı ki, Gndüz Əliyev hər zaman pulların məhz bu cür – ilk baxışdan adi görünən və kənardakı şəxslərdə heç bir maraq oyatmayan torbalarda daşınmasını həyata keçirib. Sex sahibi hesab edib ki, bu, təhlükəsizlik baxımından daha doğru və sınanılmış vasitədir.

Maraqlı məqamlardan biri də sex sahibi ilə ilk istintaqın MTN-də deyil, “Sultan” kafesində gerçəkləşdirilməsidir. MTN əməkdaşları tərəfindən “Sultan” kafesinə gətirilən Gündüz Əliyev elə oradaca sözügedən qurumun əməkdaşları tərəfindən soğru-suala çəkilib. Pulların mənbəyi, təyinatı və s. kimi məsələlərə bağlı ona ünvanlanan saysız-hesabsız suallar qarşısında özünü itirən Gündüz Əlieyev bu pulları 2002-ci ildə açdığı mebel sexindən əldə etdiyini bildirib.

                                        MTN göz yaşlarına inanmır..

Lakin onun bu arqumenti MTN əməkdaşları tərəfindən təbəssümlə qarşılanıb. Bunca pulun bir tək mebel sexi vasitəsi ilə qazanılmasının mümkünsüzlüyünü bildirən MTN əməkdaşları, ona bu barədə bilgili olduqlarını, onun telefonlarına uzun müddət nəzarət etdiklərini bildirib. Kafedə reallaşan istintaq zamanı MTN əməkdaşları həbs olunmamaq müqabilində Gündüz Əliyev qarşısında kifayət qədər ağır şərtlər qoyublar. Bu şərtlərin sırasında ələ keçirilən 161 min manatdan imtina etmək, MTN-ə aylıq xərac vermək, eləcə də bəzi məsələlərdə informasiya dəstəyi göstərmək yer alıb.(milliyol)

Ardı var...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam