Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ASİYA NƏHƏNGİNİN DƏNİZ EKSPANSİYASI GÜCLƏNİR:Pekin dünyanın böyük limanlarını nə məqsədlə ələ keçirir? – Araşdırma

Eleanor Albert

The Diplomat (ABŞ), 18.05.2019

 

Honkonqda mənzil salmış “Oriyent Oversiz İnternəşnl Limited” (Orient Overseas International Ltd.) şirkəti ötən ay Kaliforniyanın Lonq-Biç limanının konteyner anbarındakı payını 1,8 milyard dollara satqısını bildirib.

Yenixeber.org: Satış haqda qərar Amerikanın milli təhlükəsizliyi bəhanə gətirərək Çin firmasından ABŞ-ın ən böyük kommersiya limanlarından birindən yatırımları çıxarmağı tələb edən tənzimləyici qurumlarının basqısı altında qəbul olunub. “Oriyent Oversiz İnternəşnl Limited” Lonq-Biç limanından uzun illər yararlanıb, amma dəniz daşımaları və logistika sahəsində dövlət nəhəngi “Çaynə Ouşn Şippinq Kampəni” (China Ocean Shipping Company) və yaxud KOSKO 2017-nin iyulunda bu firmanı 6,3 milyard dollara alıb.

Lonq-Biç limanında satış haqda xəbər meydana çıxdığı kimi də yox olub, amma bu, Çinin liman inşaatı üzrə  planlarının qəbul edildiyindən xeyli qəliz və təkəbbürlü olduğunu göstərir. Dünya bütün diqqəti Çinin inkişaf etməkdə olan ölkələrdəki – Şri-Lankada Hambantota və Pakistanda Qvadar kimi limanlarına toplayıb. Amma həqiqətdə Pekin təkcə Asiya və Afrikada deyil, həm də bütün dünyada, özəlliklə Avropa və Amerikanın uzaq bölgələrində ticarət limanlarının inkişaf və istismarına vəsait qoyur.

Çin hələ sədr Si Szinpin özünün ən önəmli təşəbbüsü “Bir qurşaq – bir yol”un rəsmən işə düşdüyünü elan etməzdən qabaq uzaq limanlara kapital qoymağa başlayıb, belə ki, ÇXR-in cari çağa doğru dəniz ticarətinin “təsir radiusu” xeyli genişlənib. Çinin bu ticarətinin əsas sütunları iki hakim dövlət müəssisəsidir: “Çaynə Merçants Port Holdinqs” (China Merchants Port Holdings) və “KOSKO Şippinq” (COSCO Shipping). “Çaynə Merçants Port Holdinqs” 2013-cü ildə “Terminal Link” kommersiya konteyneri anbarı əməliyyatçısının səhmlərinin 49 faizini alıb. 51 faiz Fransanın Marseldən “Si-Em-Ey Si-Ci-Em” (CMA CGM) firmasına məxsudur. Bax, beləcə bu müəssisədə yarıdan az paya sahib olmaqla Fransanın Havr və Dyunkerk, Belçikanın Antverpen və Bryugge, habelə Amerikanın Mayami və Hyuston limanlarında liman gücünün istismarına təsir etmək olar. “Çaynə Merçants Port Holdinqs” 2018-ci ildə isə Braziliyanın ən yüksək gəlirli “TCP  Participações SA” anbarının 90 fazini əldə edib.

“KOSKO Şippinq” də liman aktivlərini alaraq pis yola düşüb. Bu şirkət KOSKO və “Çaynə Şippinq”in birləşməsinin nəticəsi kimi  dünyada ən böyük konteyner daşıyan donanmalardan birinə sahibdir və bütün dünyada onlarla konteyner anbarını istismar edir. KOSKO 2000-ci illərin sonunda Yunanıstanın Afina yaxınlığındakı Pirey limanının səhmlərini almağa başlayıb və 2016-cı ilə doğru nəzarət zərfini əldə edib. Çinn yatırımları bu böyük liman terminalında işi canlandırmağa yardım edib və o, 2018-ci ildə Aralıq dənizində Valensiyadan sonra ikinci olub. Avropanın habelə başqa terminallarında – Belçikanın Bryugge, İtaliyanın Genuya, İspaniyanın Valensiya və Hollandiyanın Rotterdam limanlarının yaxınlığında önəmli pay “KOSKO Şippinq”ə məxsusdur. KOSKO 2018-ci ildə Avrasiya hüdudlarından qıraqda Perunun Sakit okean sahillərində liman tikintisi və istismarı üçün iki milyard dollar ayırmaq haqda saziş bağlayıb.

Amma Qərb ölkələrində Çinin çoxalan dəniz gücünü önləmək imkanı verən vasitələr qalır. Məsələn, Amerikada ABŞ-ın xarici yatırımların ölkənin milli təhlükəsizliyi üçün nəticələrini incələmək və dəyərləndirməklə məşğul olan  müəssisələrarası qurum kimi xarici yatırımlar üzrə Komitə var. Bu komitə son illərdə Çinin kapital yatırımlarını getdikcə daha diqqətlə izləyərək texnologiyaların ötürülməsinə yeni məhdudiyyətlər qoyur. Avropa Birliyi öz tərəfindən 2019-cu ildən işə başlayan və daxil olan xarici yatırımları analiz edən yeni mexanizm qurmağa razılıq verib. Lakin Avropa mexanizmi bütün Avropa Birliyi üçün maraq kəsb edən layihə və proqramlara tətbiq edilir, üzv ölkələr isə öz ərazilərində xarici yatırımlar üçün özləri qərar alırlar. Hökuməti Aralıq dənizinin Hayfa limanına Çin yatırımlarını diqqətlə incələmək qərarına gələn İsrail də müxalifətə keçib. Buna baxmayaraq, Çinin Peru və Latın Amerikasının başqa ölkələri, Karib hövzəsi dövlətləri və Avropanın zəif inkişaf etmiş hissələri ilə asimmetrik formalaşan əlaqələrdənsə bir yandan AB üzvləri və ABŞ, o biri yandan Çin  arasında güc nisbəti tarazlqıdan yuxarıdır. Belə limanlara yatırımlar həm yatırımçı , həm də kapital alıcısı üçün müdrik kommersiya addımıdır. Məsələn, Çin Yunanıstanın lap borc böhranı vaxtı Yunanıstanın Pirey limanı üçün kəskin ehtiyac duyulan maliyyə təqdim etməyə başlayıb. Bu, ümumi əlverişsiz duruma baxmayaraq, Pirey limanının kommersiya terminalını modernləşdirmək imkanı verib. Çinə gəlincə, 2017-ci ildə onun ÜDM-ində ticarət payı 37 faiz təşkil edib. Ticarətin önəmi nəzərə alınmaqla limanlara çıxış Çin iqtisadiyyatı üçün son dərəcə gərəklidir, çünki ixracatın əsas hissəsi hava və qatarla deyil, dənizlə çatdırılır. Terminal və logistik mərkəzlərin inkişafı Çinə öz mallarını daşımaq yollarına nəzarəti gücləndirməyə yardım edir, dəniz ticarəti marşrutlarının şaxələnməsinə aparır və ÇXR-in ehtiyacsızlığını artırır.

Limanlar haqda narahatlıq təkcə iqtisadi amillərlə izah olunmur. Limanlar öz təbiətinə görə ikitəyinatlı obyektdir, çünki ora həm ticarət, həm də hərb gəmiləri yan ala bilir. Çin öz hərbi-dəniz güclərini modernləşdirir və dənizdə şücaət və ustalığını göstərməyə çalışır, amma Çinin yaxınlığındansa Avropa və Amerika sahilləri yaxınlığında belə nümayişlər ehtimalı xeyli aşağıdır. Lakin Çinin hərb gəmiləri bütün bu məhdudlaşdırıcı amillərin qarşılığında 2017-ci ilin yayında Pireyə dördgünlük dostluq səfəri edib. Pekin iki il qabaq Cibutidə özünün ilk xarici hərbi bazasını açıb. Pakistan sahillərinə mümkün yayılma haqda söhbətlər gedir. Lakin Çin Aralıq dənizi, Atlantika və Amerikanın Sakit okean sahilləri haqda belə planları hətta nəzərdən də keçirmir.

Maliyyələşmə haqda çox sual vermək olar. Çinin dəniz daşımaları ilə məşğul olan dövlət müəssisələri böyük gəlir gətirir, amma kürəsəl yayılmanı müstəqil deyil, Çin İnkişaf Bankı kimi təşkilatlardan “Bir qurşaq – bir yol” layihəsini maliyyələşdirməyə milyardlarla dollar alaraq Pekinin dəstəyi ilə həyata keçirir. Maliyyəcə böyük layihələrə münasibətdə həmişə olduğu kimi pul ödəyən təsir və basqı edə bilər. Lakin siyasi və yaxud iqtisadi qazanc əldə etmək üçün Pekinin bu ipləri dartmaq istəyib-istəməyəcəyi hələlik aydın deyil. Bunu harada və haçan edəcəyi də bəlli deyil.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam