Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bakının mərkəzindəki yük terminalı bağlandı

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük terminalı fəaliyyətini dayandırıb.

Yenixeber.org:  QSC-dən verilən məlumata görə, mayın 1-dən etibarən bütün liman əməliyyatları Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aparılacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 oktyabr 2007-ci il 2 443 saylı sərəncamı ilə Əsas Yük Terminalı mövcud liman kompleksinin Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına köçürülməsi qərarı verilib.

Onu da bildirək ki, fəaliyyətini dayandıran yük terminalı Bakının mərkəzində, Yeni bulvar ərazisində yerləşir. Onun köçürülməsinə səbəb yerləşdiyi ərazinin ekoloji baxımdan sağlamlaşdırılması və milli parkın ərazisinin genişləndirilməsi, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etməkdir.
Terminalın yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına köçürülməsi isə Azad İqtisadi Zonanın fəaliyyətinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Liman Avropa və Asiya bazarlarına xidmət göstərərək, eləcə də, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Xəzər dənizi regionunda əsas logistika qovşağı kimi çıxış edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam