Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Çinin Rusiyanı işğal planı –Şok detallar

 

Rusiyanın Uzaq Şərq və Sibirdə yaşayan əhalisi az olduğuna görə çinlilərin buraya sürətlə köçməsi və artması gələcəkdə Rusiyaya ciddi problemlər yaradacaq.

Yenixeber.org: Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, əslində Çinin Amur çayı hövzəsinə, ümumiyyətlə, Rusiya ərazilərinə nüfuzu prosesi çoxdan gedir:

“Qeyri-rəsmi məlumatlara görə, artıq 6 milyona yaxın çinli orada müxtəlif işlərdə çalışır və yaxud da müvəqqəti yaşayır. Müəyyən məskunlaşma işlərinin orada getdiyi ilə bağlı məlumatlar da var. Hətta Rusiya mediası da bununla bağlı yazır. Açığı, Çinin bu mənada yumşaq gücü və səbri var. Çin fərqli dövlətdir, Qərb dövlətləri kimi daha aqressiv davranmır. Uzun zamana və vədəyə hesablanmış planlar qurur. Mən əminəm ki, Çinin Uzaq Şərqin ekspansiyası nöqteyi-nəzərindən ciddi planları var”.

N.Cəfərli vurğulayıb ki, dünyada qəbul edilmiş “Çaynataun” adlı bir fenomen var:

“Yəni bütün böyük ölkələrdə kiçik Çin şəhərcikləri salınır. Amma Rusiya üçün təhlükə daha böyükdür, çünki Çinlə sərhəd ölkədir. Sərhəd bölgələri də maraqlıdır ki, Çinin nüfuzu burada artsın. Çin dövləti eyni zamanda bunun üçün təşviqat işləri də aparır, bura köçən insanlar üçün müəyyən yardımlar da göstərir. Təqribən 30-50 ildən sonra Rusiya ayıla bilər ki, Uzaq Şərqin, Baykal ətrafı ərazilərdə yaşayan əhalinin böyük əksəriyyəti artıq çinlilərdir. Yəni burada 20-30 milyon çin əsilli əhalinin yaşaya bilməsi proqnozlaşdırılır. Bu da ekspansiyanın çox yumşaq və uzun vədəyə səpilmiş formasıdır”.

İqtisadçının sözlərinə görə, Rusiyanın da ciddi demoqrafik problemi var:

“Uraldan Uzaq Şərqə qədər ərazidə Rusiyanın 140 milyon əhalisinin cəmi 33 milyonu yaşayır. Ərazi olaraq isə bu bölgə az qala Çindən böyükdür”.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam