“The Economist”in 2019-cu ilə aid manşet fotosunun ŞOK detalları:“Bütün dünya onların əlindədir...” -FOTOLAR
“The Economist” baş ofisi Londonda yerləşən həftəlik siyasət və iqtisadiyyat jurnalıdır. Jurnal ötən həftə 2019-cu illə bağlı bir çox suallara səbəb olacaq manşet fotosu dərc edib.
Yenixeber.org: Bu fotoda verilən müdhiş mesajları və onların anlamlarını oxucularımıza təqdim edirik:
Bildirək ki, jurnal illərdir, bu tipli manşet fotoları dərc edir. Hər dəfəsində isə, sıravi vətəndaşlar, siyasi analitiklər bunun altında fərqli anlamlar axtarırlar. Dərginin üz qabığındakı fotolarda doğrudan da dünyaya hansısa mesaj verilirmi?
Bir nüansı qeyd etmək lazımdır ki, dünyanı idarə etdiyi iddia olunan Rotşildlər ailəsinə məxsus olan jurnal bu kimi mesajların verilə biləcəyi həqiqətini daha da artırır.
“The Economist”in manşetində yer alan bu fotoya baxdıqda 2019-cu ildə və sonrasında baş verəcək hadisələri anlamaq mümkün olur.
Misal üçün, 2019-cu ildə Cənubi Afrika və Fransada keçiriləcək seçkilər jurnalın üz qabığında əks olunub.
Jurnal Leonardo Da Vinçinin 500 illik yubileyinə ithafən 2019-cu ilə aid olan ikinci manşet fotosunda vitruvius adamından istifadə edib və bunu ana mövzu olaraq önə çəkib.
Vitruvius adamı məşhur rəssam Leonardo Da Vinçinin gündəliklərinin birində tapılan, cızmaqaralarının yanında çəkdiyi bir eskizdir. 1492-ci ildə çəkildiyi və “qızıl nisbətinə sahib olan insan” mənasını verdiyi iddia edilir.
Jurnalın üzlüyündə verilən ikinci mesaj isə Da Vinçinin qeydlərində də istifadə etdiyi yazıları tərsinə çevirmək metodudur.
Dərc edilən üzlüyün üst bölümündə, 2019 yazısının yanında roketlə aya rahatlıqla gediləcəyi qeyd edilib. Bu yerdə xüsusi olaraq qeyd edək ki, Çin Ayın qaranlıq üzünə enəcək kəşfiyyat maşını olan “Çang-4”-ü artıq kosmosa yola salıb.
Lakin bu, 2019-cü ildə deyil, 2018-ci ildə yaşanıb. 2019-cu ildə isə, bildiyimiz qədərilə “Moon express” kosmik gəmisi Ayın üzərinə eniş edəcək və insansız ay səyahəti gerçəkləşəcək.
Hətta “Google” şirkəti Aya kamera endirib, dünyaya bu görüntülərin göstərilməsini təmin edən şirkətə 20 milyon dollar mükafat verəcəyini də açıqlayıb.
Əlbəttə ki, bu pulu qazanmaq o qədər də asan deyil. Şərtlərə görə, mükafatı qazanmaq üçün həmin kosmik gəmi Ayın səthində 500 metr irəliləməlidir.
Bu, 1969-cu ildən bəri insanların maraqlandığı ən əsas mövzulardan biridir.
Ayın düz yanında Da Vinçinin qeydlərinin də olduğu - insan surətindəki qızıl nisbətinin qeyd edildiyi və bunun hər kəsdə fərqli olduğunun göstərildiyi bir bölüm var. İnsan surəti qeyd edilmiş bu fotonun üzərində isə, “üz tanıma” sözü yazılıb. Bu isə, üz tanıma texnologiyalarının artıq daha da artacağı, leqal hala gələcəyi anlamını verir.
Çində skynet süni intellekt proqramı sayəsində 1.4 milyard vətəndaşın 170 milyondan çoxunun kamera ilə izlənildiyi təsbit edilib. Çin xüsusi xidmət orqanlarının hesabatlarında yer alan statistik məlumatlara görə, axtarışda olan cinayətkarların zərərsizləşdirilməsində 97 faiz bu kameraların yardımından istifadə edilib.
İnsan surətinin qarşısında eyni şəkildə çəkilmiş ABŞ prezidenti Trampın da rəsmini görürük. Özəlliklə Trampın da eyni şəkildə çəkilməsi bu texnologiyanın Amerikada getdikcə daha çox istifadə ediləcəyini və leqallaşdırılacağını göstərir.
Bu iki fotonun tam ortasında partlamaqda olan vulkan rəsmi təsvir edilib. Daşan lavalardan və çıxan dumanlardan da bunun partlamış vulkan olduğu rahatlıqla anlaşılır.
Mütəxəssislər İndoneziyadakı Merapi vulkanının tez-tez oyanması və bunun da güclü partlayışa səbəb olacağı qənaətinə gəliblər.
Ümumilikdə isə, dünyaya sarsıdıcı zərbə vura bilən 20-yə yaxın super vulkan var. Bunlardan birinin püskürməsi dünyada böyük fəlakətlərə gətirib çıxara bilər.
Yanar dağın altında Rusiya prezidenti Vladimir Putinin rəsmi yer alır. Fotonun yanında isə “Putinin boru xəttləri” sözləri həkk edilib. Rusiyanın ən önəmli layihələrindən olan “Türk axını” layihəsi 2019-cu ildə fəaliyyətə başlayacaq.
Lakin üz qabığında yer alan fotoda Putinin arxasında Pinokyonu da görürük. O, Putinə bir mesaj verir.
Analitiklər bildirirlər ki, Pinokyonun orada qeyd edilməsində məqsədin nə olduğu dəqiq bilinmir. Lakin bu barədə iki versiya irəli sürülür:
1. Putin bu məsələlərdə yalançı və saxtakardır.
2. Təbii qazla bağlı anlaşdığı ölkələrlə problemlər yaşayacaq.
Dünyanın tam ortasında oturan Panda – yəni Çin isə dünyanın yeni böyük gücü olaraq vurğulanıb.
Çini simvolizə edən Panda Amerika və Rusiya liderlərinin arasında qalıb, öfkə ilə ətrafa baxır.
Çünki ona kimin hücum edəcəyini bilmir və bu hal onu hürküdür.
Rəsimdə elektrikli maşınlardan istifadənin çoxalacağı və fərqli-fərqli ölkələrdə seçkilərin baş tutacağı qeyd edilib.
Məhşərin dörd atlısı...
Bu təsvir Avropanın üzərində göstərilib. Mənası isə belədir:
Dörd atlı xristian dinində qiyamət əlaməti olaraq qəbul edilir. Avropa ölkələrinin bir-biri ilə mübarizəyə başlayacağı təsvirdə açıq şəkildə qeyd edilir.
Son illərdə zatən buna yaxından şahid oluruq. Avropa Birliyi son vaxtlar böyük çaxnaşmalar yaşayır. İngiltərənin birlikdən ayrılması, dolların ticarətdə istifadəsinin arzu olunmaması və bir çox məsələləri misal göstərə bilərik.
Üz qabığının bu hissəsində isə Şimali Amerika qitəsinin üzərində, yaxasında İngiltərə bayrağı olan köpək rəsmini görürük. Bu köpək İngiltərənin simvolu mənasını verir.
Üzərində isə “Britaniyadan kənarda” sözü yazılıb. Yanındakı “Brexit” yazısı Britaniya və “exit” sözlərinin birləşməsindən əmələ gəlir.
Sözün tərcüməsi isə “Britaniyanın çıxışı” mənasını verir. Üz qabığında olan fotonun bu hissəsində Avropa Birliyindən ayrılan İngiltərənin artıq Amerikanın yanında olacağının mesajı verilir.
Trampın arxasında qeyd edilən təsvir Amerikanın Rusiyaya, daha dəqiq desək, Putinə bir mesajıdır.
Bu təsvir Amerikanın kosmosda olan texnologiyalarının Rusiya texnologiyalarından daha üstün olmasına bir işarədir.
Yekunda isə üz qabığının ana mövzusu olan vitruvius insanı...
Vitruviusun başında olan eynək VR (artırılmış gerçək) texnologiyasını təsvir edir. Barmaqları ilə tutduqları - idman, narkotik, applikasiyalar (tətbiqetmələr) və tərəzi isə bərabərlik, yəni, “tək tip insan” anlamını verir.
Sadaladıqlarımızın hamısı artırılmış gerçəklik texnologiyası ilə vəhdət təşkil edir. Çünki fərqli tətbiqetmə, proqramlar və sosial şəbəkələrlə beyninizi uyuşdura bilərsiniz.
Bütün idman növlərini oturduğunuz yerə gətirə, onu olduğunuz yerdəcə yaşaya bilərsiniz. Bu da insanların getdikcə həqiqi həyatdan ayrıldığını, özlərinin virtual dünyasında yaşadıqlarını göstərir.
Əlbəttə ki, bütün bunlara fərqli prizmadan yanaşanlar da var.
Lakin, Rotşild ailəsinin sahib olduğu bu jurnal, əslində həmin rəsmlərlə idmanın, narkotikin, bütün növ tətbiqetmələrin onların kontrolunda oluğunu gizli mesajlarla da olsa, bütün dünyaya bəyan edir.(müsavat)
Toğrul İsmayıl