TRAMPLA ÇƏKİŞİB İSTEFAYA GEDƏN “QUDUZ KÖPƏYİ” KİM ƏVƏZLƏYƏCƏK: senatorlar Tom Kotton, Lindsi Qrem, yoxsa general Kin? – ARAŞDIRMA
Andrey Rezçikov, Mixail Moşkin
vzqlyad.ru, 21.12.2018
ABŞ prezidenti Donald Tramp iddia edir ki, müdafiə naziri Ceyms Mettisi “sayğıyla” istefaya göndərib. Amma həqiqətdə Pentaqon şefinin gedişi qalmaqallı görünür. Mettisin və bağlı olduğu hərbi və siyasi isteblişmentin Ağ Evin sahibinə tam bir siyahılıq iddiası yığılıb. Quduz köpək ayamalı general niyə öz postundan gedib və onu kim əvəzləyə bilər?
Yenixeber.org: Quduz köpək (Mad Dog) ayamalı general Ceyms Mettis ABŞ müdafiə naziri postunda bir ildən az olmaqla istefaya getmək niyyətini bildirib. Mettis öz şefi, prezident Donald Trampa bu haqda bu günlərdə məlumat verib. İstefanın özü isə fevralda gözlənilir.
Amerika lideri Pentaqon başçısını öyüb. Tramp Twitter-də yazıb ki, Mettis “əla qiymət”lə pensiyaya gedir. ABŞ prezidenti qeyd edib ki, müdafiə idarəsinin başçısı müttəfiqləri hərbi öhdəlik borcu paylarını ödəməyə nail olmağa yardım edib. Yada salaq ki, bu, Trampın seçkiöncəsi əsas vədlərindən biriydi.
Amma, əslində, prezidentin müdafiə naziriylə vidalaşması bilmərrə elə də xoş olmayıb, bunu Amerika və dünya KİV-ləri elliklə qeyd edib. Birincisi, Trampın özü buna əsas verib – o, hələ oktyabrda öz müdafiə naziriylə çəkişməsi haqda çoxdan dolaşan şayiələri faktiki təsdiq edib. İkincisi, Mettisin özü də canfəşanlıq edirdi.
NBC “sızıntı” – Pentaqon başçısının Trampa məktubunu dərc edib, Mettis bildirib ki, onun “baxışları ABŞ prezidentinin baxışlarına daha çox oxşayan müdafiə nazirinə” haqqı var. Mettisin istefa ərizəsindən nəticə çıxır: Trampla məhz fikir ayrılıqları üzündən gedir.
Bir də tarix də nahaqdan seçilməyib.
Prezident “İŞİD üzərində qələbə”dən sonra Amerika hərbçilərinin Suriyadan sürətlə çıxarılması haqda planı səsləndirəndən tam bir gün sonra Mettis “qapını çırpıb”.
Bu qərar təkcə hərbi rəhbərlikdə deyil, o cümlədən həm də ABŞ-ın Avropadakı müttəfiqlərində kəskin qıcıq doğurub. Almaniyanın “Die Welt” nəşri xiffət çəkir – “ABŞ-a daha güvənmək olmaz”, qoşunların Suriyadan çıxarılması “İsrailin üzünə qorxunc siqnal” və “zərbə oldu”, Tramp “İran və Rusiyaya yol açır”.
Suriya üzrə qərar son damla olub. Amerikanın “The Military Times” nəşri prezident və müdafiə nazirinin ciddi düşüncə ayrılıqlarının daha üç səbəbini yada salır.
Birincisi, Trampın himayə etdiyi ABŞ kosmik qoşunlarının yaradılması layihəsidir. Mettis kosmik korpusun ayrıca quruma ayrılmasını vaxtsız adlandırıb.
İkincisi, “mühacirlər karvanı”nı önləmək üçün qoşunların Birləşmiş Ştatların güney sərhədlərinə göndərilməsidir.
Və nəhayət, prezidentin transgenderlərin orduda xidmətinə yasaq tətbiq etmək haqda Ali Məhkəməyə bu yaxınlardakı çağırışıdır (Qəribə olsa das, mülki Trampdansa general Mettis daha liberal mövqe tutur).
Rusiya Hərbi Elmlər Akademiyasının professoru Vladimir Kozin “Vzqlyad” qəzetinə xatırladıb: “Habelə RƏM sisteminin düzülməsi və bir sıra başqa xırda məsələlər haqda böyük problemlər meydana çıxıb”. Onun fikrincə, həmçinin “Tramp fikir ayrılığı halında önləyici nüvə zərbəsində prezidentin nüvə silahı işlətməyinə mane olacaq istənilən müdafə nazirini işdən çıxarda bilər”.
Mettis Trampa daha çox açıq məktuba bənzəyən ərizəsində habelə vurğulayıb ki, möhkəm müttəfiqlik münasibətləri və (məluim olduğu kimi, Trampın NATO-ya xərcləri yükləmək istədiyi) “müttəfiqlərə sayğı göstərilməsi” olmasa, ABŞ öz maraqlarını qoruya bilməz. Axı ABŞ-ın NATO-da iştirakının məqsədəuyğunluğu haqda Trampın sözlərindən qayğılanan avropalı tərəfdaşları məhz Mettis sakitləşdirirdi. Pentaqon başçısı deyib ki, Amerikanınn NATO-da iştirakı sarsılmazdır, ABŞ Konqresi isə Avropada hərbi iştirakın maliyyələşdirilməsini “bir sent də” azaltmayıb.
Senator Lindsi Qrem
Nəhayət, Mettis Trampa vida məktubunda Rusiya və Çini möhkəm tənqid edib. Onun fikrincə, Moskva və Pekin “öz avtoritar modellərinə uyğun dünya biçimləmək istəyir”.
Çətin ki, bu tezislərin hamısını ayrıca götürülən, indi isə istefadakı nazirin düşüncəsi saymaq olar. “The Military Times” nəşri Mettisi Pentaqon şefi postundan yola salarkən tərifə simiclik etməyib. Nəşrin dəyərləndirdiyinə görə, Mettis Pentaqona qısa müddətə başçılıq ərzində orduda yaxşı nüfuz qazanıb. Bu nəşrin sentyabrda apardığı sorğu göstərib – Amerika hərbçilərinin, demək olar, 84%-i öz şeflərinin işini müsbət qiymətləndirib, bu göstərici ABŞ ordusu zabitləri arasında isə lap yüksək çıxıb – demək olar, 90%.
Dəniz piyadasının keçmiş generalı Mettis müdafiə məsələləri üzrə ekspertlər arasında da yüksək nüfuz sahibidir və Konqresin sayğısını qazanıb – “Military Times” qeyd edir, özü də həm respublikaçılar, həm də demokratlar içində. O biri yandan, müxalıif konqresmenlərlə belə anlaşma açıqca Mettisə xeyirli olmayıb. Tramp bu yaxındakı müsahibələrindən birində sanki ağzından əbəs yerə qaçırmayaraq Pentaqon şefini “hansısa mənada demokrat”adlandırıb.
Mettis, doğrudan da, yalnız “hansısa mənada demokrat”dır. Amma aşkarca Tramp komandasının adamı deyil. General daha çox kiçik Buşun irəli çəkdiyi adamdır, onun karyera artımı Əfqanıstan və İraq kampaniyasına düşüb; ABŞ silahlı qüvvələri Birləşmiş Komandanlığının başçısı vəzifəsini məhz Buşun dönəmində qazanıb. Quduz köpək Barak Obamanın Yaxın Şərq siyasətini kəskin tənqid edib, Trampın inamını daha çox bununla qazanıb.
Koreya böhranının kəksinləşməsi (ABŞ müdafiə naziri Phenyanı uyğun cavabla hədələyib), İraq Mosulunun götürülməsi (Pentaqonu ittiham edirdilər ki, aviazərbələrdən mülki şəxslər həlak olub), Suriyanın Xan-Şeyxuna kimyəvi hücumda ittiham edilməsinin ardınca amerikalıların gerçək raket hücumu və Səudiyyə Ərəbistanının Yəməndə qiyamçı husilərə qarşı əməliyyatına dəstək məhz Mettisin Pentaqona başçılığı dönəminə düşür.
Senator Tom Kotton
Pentaqon şefi Rusiyaya, Krımla bağlı duruma və Ukrayna böhranına münasibətdə ardıcıl idi. Və bu mövqeyi, məsələn, mərhum Con Makkeynin ruhunda birmənalı “qırğıvari” adlandırmaq olmaz. Bəli, Mettis iddia edirdi ki, “Rusiyanın Krım və Donbasdakı təcavüzkarlığı” Vaşinqton və Brüsseldə hesab edildiyindən “xeyli kəskin və ciddidir”, Vladimir Putinin hədəfi isə “NATO-nu parçalamaqdır”. Mettis qəti inanır ki, təkcə Ukraynada deyil, Krımda da “savaş gedir”. Amma Pentaqon başçısı Kiyev rejiminə bütün dəstək sözlərilə yanaşı heç vaxt söz verməyib ki, Ştatlar Ukraynaya letal silahlar tədarük edəcək.
Daha bir maraqlı məqam – Mettis “harada mümkün görünürsə, Çinlə əməkdaşlığın” gərəkdiyindən vaxtaşırı danışıb və bu, Trampın açdığı ticarət savaşı fonunda baş verirdi.
“The Military Times” qeyd edir: hər iki partiyanın təmsilçiləri Mettisin Tramp administrasiyasındakı “sakitləşdirici rolu”nu dəfələrlə alqışlayır və Pentaqon şefini bəzən impulsiv ali baş komandana təsir edən “zəkanın səsi” sayırdılar. Əlavə edək ki, bu, Quduz köpək ayamalı adam üçün yetərincə gözlənilməz xarakteristikadır.
Amerikaşünas ekspert Boris Mejiyev “Vzqlyad” qəzetinə deyib: “Məndə təəssürat yaranıb ki, Tramp məhz Suriya üzrə qərarla Mettisi istefaya təhrik edib ki, administrasiya daxilindəki əsas opponenti başından eləsin”.
“Zəkanın səsi”nin yerinə kim gələ bilər? Mejuyev bildirib – Amerika mətbuatında güman edirlər ki, ən ağlabatan namizədlər Arkanzasdan senator Tom Kotton və Güney Karolinadan senator Lindsi Qremdir. Hər ikisini birləşdirən budur ki, onları bu il ölmüş və özünü Rusiyanın ən qatı tənqidçilərindən biri kimi tanıtmış respublikaçı senator Con Makkeynin şəxsiyyətinə bağlayırlar.
Mejuyev izah edib: “Kotton yeni mühafizəkarların sevimli fiqurudur. Con Makkeynin varisi qəbul edilən İraqsavaşının gənc veteranıdır. Lindsi Qrem Senatda işlədiyi bütün illərdə Makkeynin silahdaşı olub. Çox məşhur personajdır Amma Kotton daha gerçək namizəddir”.
General Cek Kin
“The Military Times”-ın versiyasına görə, senator Kottondan savayı ABŞ ordusu qərargah rəsisinin keçmiş müavini, istefadakı general Cek Kinin adı iddiaçılar siyahısında çəkilir. Kin Trampın mətin ardıcılı sayılır. Amma qeyd edək, o Suriyadan getmək qərarını kəskin tənqid edib. İstefadakı general “Fox News”-a müsahibədə deyib: “Rusiya və düşmənlərimiz buna ABŞ-ın qələbəsi kimi deyil, zəifliyi kimi baxacaqlar”.
Boris Mejuyev sual edir: “Bolton-Pompeo xətti Mettisin gedişiylə milli təhlükəsizlik komandasında, demək olar, alternativsiz qalır. Tramp bu xətti daha zəif “qırğıvari” simayla tarazlaşdırmaq istəyəcəkmi? Ya birməınalı şəkildə bu adamlara güvənir?”.Tərcümə Strateq.az-ındır.