İngitərənin tanınmış qəzetlərindən olan “The İndependent” müsəlman alimlərin Avropanı və dünyanı necə dəyişdirdiyinə dair bir siyahı hazırlayıb.

Yenixeber.org: Xəbərdə müsəlmanların dünyanı dəyişdirən 20 kəşfinə yer verilib. Həmin siyahıda qəhvənin tapılması, ilk uçuş sınağı, cərrahiyə alətlərinin dizaynı və digər önəmli kəşflərin insan həyatını necə dəyişdirməsi haqda fikirlər yer alıb.

 “The İndependent” qəzetindəki həmin siyahını sizlərə təqdim edirik.

  • Göz

Antik Yunanıstanda insanlar gözümüzdən işığın çıxması nəticəsində ətrafı gördüyümüzü düşünürdülər. Dünyada ilk dəfə işığın gözümüzə daxil olaraq qırılması nəticəsində ətrafı görə bildiyimizi 10-cu yüz ildə yaşamış müsəlman alim İbn Haytam kəşf edib.

  • Uçuş

“Wright” qardaşlarının ilk uçuş təcrübəsindən min il əvvəl təxminən 852-ci ildə Abbas İbn Firnas adlı bir ərəb Karlovadakı Ulu məscidin minarəsindən taxta qanadlar vasitəsiylə yerə atıldı. Düzdür, uçuş uğurlu alınmasa da o, qanadlara görə yerə düşərkən zədə almamışdı. Növbəti addımı 853-cü ildə atır. Bu dəfə ipək və qartal tüklərindən istifadə edərək uçurumdan tullanaraq 10 dəqiqəyə qədər havada qalmağı bacarır.

 

  • Yağlar

Yağların fərqli qaynama dərəcələrinə görə ayırmaq məsələsinin də kəşfini müsəlman alim Cabir ibn Xəyyan edib. Həyata keçirdiyi kəşflərlə o, kimya elminin banisi sayılır.

  • Qəhvə

Rəvayətə görə Cənubi Efiopiyanın Qaffa bölgəsində Xalid adlı ərəb çoban qoyunlarının bilmədiyi bir bitkini yeyərək canlandığını görür. Bu bitkini yığaraq evdən qaynadıb özü içib. İlk olaraq gecələr oyaq qalıb çalışmaq, dua etmək məqsədiylə Sufilər bundan istifadə ediblər. Yalnız 1645-ci ildə Venesiyaya gəlir, daha sonra İgiltərənin paytaxtı Londondakı ilk qəhvəxananı isə bir türk açır.

  • Qübbə

Ümumiyyətlə qübbə şəkilli memarlıq nümunələri sırf İslam dünyasına məxsusdur. Avropalılar bu tip memarlıq nümunələrini İslam memarlığından əldə ediblər. İngiltərə kralı 5-ci Henrini sarayının memarı da müsəlman memar olub.

  • Cərrahiyyə alətləri

Bu gün tibdə istifadə olunan cərrahiyyə alətlərinin demək olar ki, hamısının kəşflərini Əl Zəhrəvi adlı müsəlman alim edib. Eyni zamanda heyvan bağırsaqlarından istifadə edərək kəsilmiş yerə atdığı tikişlərin sonradan yox olmasını da o kəşf edib. İlk peyvənd ənənəsi də müsəlman aləmindən gəlir. Avropalılardan 50 il əvvəl Osmanlıda çiçək əleyhinə peyvəndlərdən istfadə olunurdu.

  • Xalça

Xalçadan istifadə ənənəsi də Avropaya müsəlmanlardan sonra ayaq açıb. Demək olar ki, bütün xalça naxışlarını sonradan avropalılar mənimsəyib.

  • Çek

Müasir bank çekinin kökü də ərəblərdə istifadə olunan və “sak” adlandırılan bir kağız imiş. Ərələrdə əvvələr karvan oğurluğu çox olduğu üçün insanlar uzaq yerlərdəki mallarını  digər insanlar üçün kağızlarla satmağa başlamışdılar.