Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Deputat olmaq istəyən Günay Ağamalı kimdir? –Hamı ondan danışır…

Deputat olmaq istəyən Günay Ağamalı kimdir? – Hamı ondan danışır…
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı parlament seçkilərində iştirak niyyətində olmadığı üçün qızı Günay Ağamalının deputatlığa namizədliyi irəli sürülüb.
Yenixeber.org: Günay Ağamalı 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub. Bunu atası Fəzail Ağamalı açıqlayıb. Deputat qızının namizədliyini irəli sürməsi mətbuatda və sosial şəbəkələrdə müzakirələrə yol açıb. Sosial media istifadəçiləri bu seçimə birmənalı yanaşmayıblar. Kimisi hesab edir ki, Günay Ağamalının deputatlığa namizədliyini irəli sürməsi çox normal addımdır, hər bir vətəndaşın belə bir hüququ var və atasının uzun müddət deputat onun yolunda əngəl ola bilməz. Hətta onun qərarını müdafiə edənlər deyirlər ki, valideyni də, özü də siyasətdə uğur qazanmış çoxsaylı nümunələr var – həm bizdə, həm dünyada. Bununla belə bəzi sosial şəbəkə fəalları inanmırlar ki, bu təsadüfdür, yaxud da xanım Ağamalının müstəqil qərarıdır. Onlara elə gəlir ki, bu, razılaşdırılmış və planlı davranışdır. Bu mənada şərhlərdə yazırlar ki, Fəzail Ağamalı səhhəti ilə əlaqədar deputat ola bilmədiyi üçün övladını irəli çəkib və siyasi iqtidardan dəstək alıb.
Onu da deyək ki, Günay Ağamalı cəmiyyətin tanıdığı fəal insandır. O, “Buta” bağçasının rəhbəri kimi tanınır. Bir müddət əvvəl bağça bir uşağın xəsarət alması və bir dəfə uşağın döyülməsi ittihamı ilə gündəm olmuşdu.
Günay Ağamalı ixtisasca psixoloqdur. Günay Ağamalı eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.
O da mediada yayılıb ki, paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşən obyekt xanım Ağamalıya, aiddir.
Ümumi sahəsi 617,24 kv. metrdir. Yəni deputat olmaq istəyən Günay xanım həm geniş imkanlara, həm atası tərəfindən ciddi maddi-siyasi dəstəyə sahibdir. Onunla tez bir zamanda müsahibə etməyə çalışacağıq.(Tribunainfo.az)

Rahib Əkbər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam