Rahib Əkbər
Deputat olmaq istəyən Günay Ağamalı kimdir? –Hamı ondan danışır…

Onu da deyək ki, Günay Ağamalı cəmiyyətin tanıdığı fəal insandır. O, “Buta” bağçasının rəhbəri kimi tanınır. Bir müddət əvvəl bağça bir uşağın xəsarət alması və bir dəfə uşağın döyülməsi ittihamı ilə gündəm olmuşdu.
Günay Ağamalı ixtisasca psixoloqdur. Günay Ağamalı eyni zamanda atasının rəhbərlik etdiyi Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir.
O da mediada yayılıb ki, paytaxtın Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşən obyekt xanım Ağamalıya, aiddir.
Ümumi sahəsi 617,24 kv. metrdir. Yəni deputat olmaq istəyən Günay xanım həm geniş imkanlara, həm atası tərəfindən ciddi maddi-siyasi dəstəyə sahibdir. Onunla tez bir zamanda müsahibə etməyə çalışacağıq.(Tribunainfo.az)