Ədalətin bərpası Bakı Ağır Cinayətlər Məhkəməsinin verəcəyi qərardan asılı olacaq
Dəyərli gundemxeber.az saytının oxucuları! Yəqin ki, ötən yazımızda Elvin Həşimli ilə, Möhkəm Səmədov adlı şəxslər arasında davam edən və iddiaçı tərəfin iddia etdiyi 1 500 000 dollar pul qalmaqalı ilə bağlı “Kimin kim olduğunu məhkəmə araşdırır– “QALXIN, HAKİM GƏLİR!” başlığı altında yayımladığımız məqalənin mahiyyəti haqda az-çox məlumatlı olmusunuz.
Yenixeber.org: Apardığımız araşdırmalara görə, tərəflər arasında əmələ gələn problem 2019-cu ilin mart ayından başlasa da, hal-hazırda da davam etməkdədir. Yəni, mübahisələndirilən olay bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmaqdadır. Onu da bildirək ki, məsələ kifayət qədər aktual mövzulardan olduğu üçün, ilk vaxtlardan problemin varlığı diqqətimizi cəlb etmişdi. Ona görə də, qeyd olunanlarla bağlı həm media üzərindən müəyyən araşdırmalar aparmağa, həm də tərəflərin mövqelərini öyrənməyə çalışdıq. Çünki, yayımlanan bir çox məqalələrdə Elvin Həşimli Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə ittiham olunurdu. Elə ki, bu şəxslə bir daha əlaqə saxladıq və digər məsələlərə münasibət bildirməsini istədik, o halda o, “Möhkəm Səmədovun pullarını hansı məqsədlər üçün xərcləməsi haqda məndə müəyyən qədər məlumatlar var. Məsələn o, Bakı şəhəri, Nizami RPİ-nin arxa tərəfindəki hündürmərtəbəli binadan tanışı, hansı ki, adını, soyadını bildiyim, amma hələlik ictimaiyyətin bilməsini rəva görmədiyim bir nəfərə 250 min manat dəyərində mənzil alıb. Bir qədər vaxt keçdikdən sonra Möhkəm Səmədov, aldığı mənzili həmin adamın adına sənədləşdirir. Bundan əlavə o, Bakı şəhəri, Xətai rayonunda bir aptek, bir gözəllik salonu və şəhərdəki məşhur ticarət mərkəzlərinin birində, daha bir aptek açmışdır. (Bu obyektlərin təmiri və avadanlıqlarla təchiz olinması üçün neçə yüzminlərlə xərcləndiyini hər kəsin bilməyi o qədər də çətin deyil). Yəni, Möhkəm Səmədov pullarını bu cür məqsədlər üçün xərcləyir və sonda da mənə qarşı şər- böhtan atmağa qərar verir. Əslində o, ondan pullarını hansı məqsədlər üçün xərcləməsi haqda ünvanlanan suallara doğru-dürüst cavab vermək əvəzinə, bu gün belə bir addımlarını atıb, əsl mətləbdən yayınmağa çalışır. Ən biabırçı hal isə, bu şəxsin mənim yaxınlarımla bağlı əsassız fikirlər səsləndirməsidir. Guya ki, yaxınlarım hüquq-mühafizə orqanlarında, məhkəmələrdə aparılan araşdırma işlərinə təsir göstərirlər, ona görə də hüquq-mühafizə orqanları, məhkəmələr mənim xeyrimə qərar verirlər. Bu heç də belə deyil. Hətta o, mənim yaxınlarım haqda belə bir fikirlər formalaşdırmağa çalışır ki, guya onun şahdlərinə təsir edirəm. Hansı ki, bu işdə Möhkəm Səmədovun öz istəyi ilə şahidlik edəcək heç bir şəxs olmayıb. Çünki, araşdırma işlərini aparan qurumlar faktlara, sübutlara əsaslanırlar və sonda da lazımi qərarlarını verirlər”.
Hörmətli oxucular! Diqqətinizə onu çatdırmaq istəyirik ki, bu yazı Elvin Həşimlinin məsələlərə münasibətini ifadə etdiyi yanaşması əsasında hazırlanıb. Düşünürük ki, bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində həyata keçirilən məhkəmə araşdırmaıları əsl həqiqətləri üzə çıxarmağa imkan verəcək. O halda hansı tərəfin haqlı-olub-olmadığı hər kəsə, o cümlədən redaksiyamıza da bəlli olacaq. Qarşı tərəfi də dinləyə bilərik.
P.S. Hörmətli oxucular! Biz bir redaksiya olaraq bu yöndə araşdırmamızı davam etdirib, hər kəsi daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləyin.
Mövzu ilə bağlı ötən sayımızda dərc olunan yazını bu linkdən oxuya bilərsiniz:
https://gundemxeber.az/gundemxeber/71212-kimin-kim-oldugunu-mehkeme-arasdirir-qalxn-hakm-gelr.html
Gundemxeber.Az