Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Elmira Axundova yenidən məhkəmə qarşısında

İddia ərziəsində göstərilib ki, deputat və oğlu...

Yenixeber.org: Deputat Elmira Axundova hakim qarşısına çıxarılacaq.

Deputatın məhkəmə prosesi yanvar ayının 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Rafael Eyvazovun sədrliyi ilə keçiriləcək. Belə ki, ilkin olaraq məhkəmə prosesi Binəqədi rayon Məhkəməsində keçirilib. Belə ki, Elmira Axundova və oğlu Həbib Axundova iş adamı Məmmədov Fərman Xeyrulla oğlu tərəfindən məhkəməyə verilib və iddia ərziəsində göstərilib ki, deputat və oğlu onların şərəf və ləyaqəti ləkələyən məlumatlar yayıb, məhkəmə vasitəsi ilə təkzib versin. Ancaq Binəqədi rayon Məhkəməsi deputata qarşı olan iddianı rədd, oğluna qarşı olan iddianı isə təmin edib.

Həmçinin deputatın oğlu Axundov Həbib Ramiz oğluda Vəliyev Elvin Elşad oğlu, Məhərrəmov Şahin Əli oğlu, Ağayev Sabir Fərhad oğlu və Məmmədov Fərman Xeyrulla oğlunu eyni ittihamlarla Binəqədi rayon Məhkəməsinə verib. 1-ci instansiya tərəfindən deputat oğlunun iddiaları təmin edilib.

Qeyd edək ki, Həbib Axundovla Fərman Məmmədov arasında pul məsələsi olub. Ancaq istintaq orqanı Həbib Axundovu yox, onun dostu Elnur İbrahimovu təqsirləndirilən şəxs qismində tanıyıb.

İttihama görə, E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digər şəxslərdən biznes qurmaq adı ilə təxminən 1 milyon manat alaraq dələduzluq yolu ilə mənimsəyib.

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş qismində tanınıb. E.İbrahimov H.Axundovun 100 min manat pulunu ələ keçirməkdə ittiham edilir. Belə kİ, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub. İstintaq zamanı E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildiriblər.

Hazırda bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam