Ermənilərin -“çirkli bomba” planı nədən qaynaqlanır?
İstismar müddəti başa çatmış “Metsamor” Atom Elektrik Stansiyası (AES) region üçün açıq təhlükə mənbəyinə çevrilib. Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra revanş planları quran ermənilər AES-dən əldə edilən radioaktiv tullantılardan “çirkli bomba” hazırlamağın yollarını axtarmağa başlayıblar. Hətta bununla bağlı ölkə parlamentində də müzakirələr aparılıb.
Yenixeber.org: Maraqlıdır, müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan üçün “çirkli bomba” ideyası haradan və hansı səbəbdən qaynaqlanır? İrəvan doğrudanmı revanş hissindən əl çəkməyəcək və yalnız Azərbaycan deyil, ümumilikdə region üçün faciələrə səbəb olan hansısa “çirkli bomba” əldə edə biləcək?
Məsələni şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, 44 günlük Vətən müharibəsində uduzaraq ağır zərbələr alan bu ölkədən gələcəkdə nə desən gözləmək olar:
“Müharibədən sonra erməni siyasətçilər doğrudan da olub-qalan ağıllarını itiriblər. Məlum olduğu kimi “Çiçəklənən Ermənistan” partiyasının deputatı, parlamentin regional məsələlər və inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Mikael Melkumyan infrastruktur nazirinin müavini Akop Vardanyandan “Metsamor” Atom Elektrik Stansiyasının radioaktiv tullantılarından ölkənin müdafiə qabiliyyətini yüksəltmək üçün istifadə etmək haqqında soruşub. Başqa sözlə, erməni deputat Ermənistanın atom silahı yarada biləcəyini öyrənmək istəyib.
Belə bir silahın yaradılması mövzusu erməni siyasi dairələrin və medianın diqqətini çəkib. Onlar müharibədən sonra açıq etiraf edirdilər ki, Ermənistan Azərbaycan və Türkiyə qarşısında gücsüzdür və təkbaşına bu iki dövlətlə bacara bilməyəcəklər. Digər tərəfdən onu da etiraf ediblər ki, müttəfiqləri Rusiya və Fransa Ermənistanı məğlubiyyətdən xilas etmədi. Ona görə də, Ermənistan xilası haqqında təkbaşına düşünməli və bu məqsədlə atom silahı əldə etmək üçün çalışmalara başlamalıdır. Hətta yazırlar ki, guya belə bir silahı əldə etmək üçün Ermənistanın kifayət qədər mütəxəssisi, şəraiti var, gərəkli maliyyəni isə dost dövlətlərdən əldə etmək mümkündür. Onu da düşünürlər ki, Fransa və Rusiya onları məğlubiyyətdən xilas etməsə də, Bakı və Ankaranı durdurmaq üçün Ermənistana atom silahı əldə etmək üçün dəstəklərini əsirgəməyəcək”.
Politoloq sosial media və KİV-də ölkəmizə bu yöndə təhdidlərin artmasının narahat doğuran məqam olduğunu qeyd edib:
“Ermənilər təhdid dolu fikirlər yayıblar: “Əgər Azərbaycan torpaqlarımızı geri qaytarmasa, atom silahından istifadə etməliyik”. Hansısa kütləvi qırğın silahının yaradılması barədə danışırlar və təbii ki, sərsəmləyirlər. Ancaq bu sərsəmləmə parlamentdə dilə gətirilib və geniş müzakirələrə səbəb olub. Ermənistanın atom silahı əldə etməsi xülya kimi qiymətləndirilsə də, qonşu dövlətdəki müzakirələrə diqqət etməliyik. Azərbaycanda atom silahı, yaxud da hansısa “çirkli bomba” heç zaman müzakirə mövzusu olmayıb. Ancaq əgər düşmən bu haqda düşünür və müzakirələr açırsa, sən də bunun qarşısını almağın yolları barədə düşünməlisən. Atom silahına qarşı əsas silah elə qarşındakının da eyni silaha yiyələnməsidir. ABŞ – SSRİ, Hindistan – Pakistan və İsrail – İran qarşıdurmaları da bundan xəbər verir. Son illərdə artıq Türkiyə də atom silahı haqqında ciddi düşünür”.
Qeyd edək ki, təhlükəli vəziyyətdə olan və hazırda tullantılarından “çirkli bomba” hazırlanması ehtimal edilən “Metsamor” AES-in birinci enerji bloku 1976, ikincisi isə 1980-ci ildə istifadəyə verilib. 1983-cü ildə AES-in 3-cü və 4-cü enerji bloklarının tikintisinə başlanılsa da, 1986-cı ildə Çernobıl AES-də baş verən qəzadan sonra proses dayandırılmışdı. Ermənistan üzləşdiyi ciddi böhranla əlaqədar 1993-cü ildə AES-in fəaliyyətini bərpa etmək barədə qərar qəbul edib, iki il sonra 2-ci enerji bloku istimara verilib. Hazırda AES-in yalnız ikinci enerji bloku fəaliyyət göstərir.
Ötən il Ermənistan rəsmiləri "Metsamor" AES-in istismar müddətinin 2026-cı ilədək artırılacağının nəzərdə tutulduğunu, lakin onun təmirdən sonra 2036-cı ilə qədər də istismar edilə biləcəyini bəyan ediblər.