Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bölgədə ikinci Çernobıl təhlükəsi: -Ermənilər “çirkli bomba” hazırlığında

Bölgədə ikinci Çernobıl təhlükəsi:  Ermənilər “çirkli bomba” hazırlığında
Azərbaycan uzun illərdir ki, Ermənistanda Sovet dönəmindən qalan və istifadə müddəti çoxdan bitmiş “Metsamor” Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə mənbəyi olduğunu bəyan edir.
Yenixeber.org: Təəssüflər olsun ki, beynəlxalq aləm regiona fəlakət vəd edən problemə laqeyd yanaşır, köhnə AES-in fəaliyyətinin dayandırılması istiqamətində heç bir addım atmır. Zaman keçdikcə, Ermənistanın sözügedən AES-i saxlamaqda məqsədinin ölkənin enerji təminatı ilə bağlı deyil, məhz çirkin planların həyata keçirilməsi ilə əlaqədar olduğu üzə çıxır. Belə ki, bu günlərdə rəsmi İrəvanın “çirkli bomba” hazırlamağa çalışması ilə bağlı yeni məlumatlar yayılıb. Erməni KİV-ləri “Metsamor” məsələsini yenidən gündəmə gətirərək, bunu 44 günlük ağır məğlubiyyətdən sonra bəzi qüvvələrin revanş planları ilə əlaqələndirirlər.

Xatırladaq ki, hələ 2016-cı ildə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan ölkəsinin nüvə imkanlarından yararlanaraq yeni bomba yaradacağı ilə bağlı fikirlər səsləndirmişdi. Həmin dövrdə nüvə silahının yaradılması imkanlarının Ermənistana verilməsinin real görülmədiyi qeyd edilsə də, tullantılardan çirkli bombaların hazırlanması ideyası erməni cəmiyyətində alqışla qarşılanmışdı. Hətta bəzi siyasətçilər bunu günün tələbi kimi qiymətləndirmişdilər. Düzdür, sonradan işğalçı ölkənin rəsmiləri bu çirkin planlarla bağlı məlumatları malalamağa çalışmışdılar. Ermənistan AES-nin baş direktoru olmuş Movses Vardanyan Moskvada çıxışı zamanı bunun şayiə olduğunu dilə gətirərək, belə bir bombanın yaradacaqları barədə xəbərin şişirdildiyini söyləmişdi. Yəni, çirkli bombalar hazırlamaq mümkündür, sadəcə hələlik informasiyalar şişirdilir.



Bu qalmaqaldan 4 il sonra Qrant Baqratyan yenidən gündəmi alt-üst edəcək açıqlama ilə çıxış etdi. O, 2020-ci ilin dekabr ayında ölkəsinin müharibədəki məğlubiyyətini şərh edərkən bunları deyib:

“Biz Ermənistanın strateji silahının müharibədə istifadə edilməməsindən danışırıq. Şəxsən baş nazir Nikol Paşinyanı ittiham edərək deyirəm ki, onun əlində güclü silahı olsa da, ondan istifadə etməyib. Söhbət bizim nüvə tullantılarımızdan gedir. Hansı ki, onlardan istifadə edilsəydi, Azərbaycan ordusunun irəliləməsinin qarşısı alınardı. Üstəlik ona bu haqda təkliflər və məlumat da verilmişdi...”

Baqratyan əminliklə deyir ki, Paşinyana dəfələrlə bu metoddan istifadə təklif edilsə də, o çirkli bombadan - qadağan olunmuş silahdan istifadəni məqbul saymayıb, əvəzində müharibədə uduzmaq variantını seçib.

Göründüyü kimi, hazırda dünyanın “İkinci Çernobıl”ı adlandırılan “Metsamor”un nüvə tullantılarından çirkli bombaların hazırlanması Ermənistan üçün daim prioritet olub. Hətta keçmiş baş nazirin müharibə zamanı ölkəsinin belə metoddan istifadənin bir addımlığında olduğunu deməsi, dünya üçün ciddi siqnal olmalıdır.

Hansısa kilsənin divarına dəyən zərəri az qala şişirdib dünya üçün faciəvi hal kimi təqdim edən beynəlxalq ictimaiyyət, beynəlxalq KİV isə yenə də bu təhdid və təhlükəli açıqlamaların qarışında susur. Görünür, bu arxayınlığın nəticəsidir ki, artıq İrəvan çirkli bomba hazırlayacağı ilə bağlı cəmiyyətə yenidən açıq mesajlar ötürməyə başlayıb. Belə ki, dünən “news.am” saytında “Metsamorun” radioaktiv tullantılarından bomba hazırlanması perspektivləri haqda diqqət çəkən yazı tirajlanıb.

Məlumata görə, Ermənistanın Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan parlamentin regional məsələlər və Avrasiya inteqrasiyası daimi komissiyasının iclasında “Metsamor” AES-in fəaliyyəti dövründə əhəmiyyətli miqdarda radioaktiv tullantı, həmçinin "istehsal tullantıları" kimi təsnif edilməyən radioaktiv yanacaq istehsal edildiyini vurğulayıb.

O, komissiyanın rəhbəri, “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Mikael Melkumyanın tullantıların hərbi məqsədlər üçün mümkün istifadəsi barədə sualını cavablandırıb.

Melkumyan Ermənistan AES-in istismarından sonra qalan radioaktiv tullantıların hərbi məqsədlər üçün, məsələn, ölkənin müdafiə qabiliyyətini və özünümüdafiə sisteminin imkanlarını artırmaq naminə istifadə edilə biləcəyini soruşub.

“Onları zənginləşdirməyə başlaya bilərikmi? Şansımız varmı? Bunun üçün müvafiq texnoloji səviyyə təmin edə bilərikmi?", - sualına cavab olaraq nazir müavini bildirib ki, bu vəziyyətdə yalnız quru anbarlarda saxlanılan radioaktiv yanacaqdan danışmaq olar.

“Sualınıza cavab nəzəri olaraq həmişə “bəli”dir. Buna baxmayaraq, bu təşəbbüsün texnoloji tətbiqi barədə danışa bilmərəm, çünki bu sahədə mütəxəssis deyiləm. Kimya dərslərindən bilirik ki, plutonyum atom bombası yaratmaq üçün əsas elementdir və uran yandırılmaqla əmələ gəlir, ancaq bunu necə əldə edə bilərik və bunun üçün hansı texnoloji inkişafdan istifadə etməliyik, deyə bilmərəm”,- deyə Vardanyan əlavə edib.

İkinci Qarabağ müharibəsindən sonra çirkli bomba mövzusunun aktiv şəkildə gündəmə gətirilməsi nəinki Azərbaycan, ümumilikdə region və dünya üçün ciddi təhlükə vəd edir. Bu isə regionda yeni və daha böyük münaqişələrlə nəticələnə bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam