Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Metsamordan Azərbaycana qarşı hər an istifadə oluna bilər"

 

“Metsamor Atom Elektrik Stansiyası həm region, həm də bu regionda yerləşən Türkiyə, Gürcüstan və digər yerlər üçün böyük təhlükə mənbəyidir”.

Xeberinfo.com:  Bunu aznews.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, erməni təcavüzündən daha çox bu Atom Elektrik Stansiyasının vura biləcəyi ziyanlar gündəmə gətirilməlidir: “Bunun üçün qardaş Türkiyə və gürcüstanlı dostlarımızla aktiv şəkildə işləməliyik ki, onlar da bu məsələni qaldırsınlar. Adətən Azərbaycan bu məsələni qaldıranda deyirlər ki, guya bizim gözümüz götürmür. Halbuki həmin o bədbəxt ermənilərə görə deyirik ki, ayılın. Atom Elektrik Stansiyası əvvala çox köhnəlib. İkincisi isə o, Cənubi Qafqaz xalqlarının başının altına qoyulmuş bir mina vəziyyətindədir. Çünki orada hər an təhlükə təbii fəlakət baş verə bilər, həm də ermənilər Azərbaycana qarşı hər an yaramaz hərəkət edə bilərlər. Onlar çox rahatlıqla Metsamor Atom Elektrik Stansiyasından bizə problem yaratmaq məqsədi ilə istifadə edə bilər. Biz çox narahatıq”. 

Ü.Cəfərovun fikrincə, Metsamor AES-nın mühafizəsi lazımı şəkildə həyata keçirilmir: “Biz dəfələrlə bildirmişik ki, Atom Elektrik Stansiyası ilə bağlı ən azından Beynəlxalq Atom Agentliyi təsirli addımlar atmalıdır. Bu, zarafat olunacaq, üzərindən keçəcək məsələ deyil. Sabah baş verə biləcək fəlakətin qarşısını almaq və fəsadlarını aradan qaldırmaq çətin olacaq. Həddindən artıq ağır fəsadlara gətirib çıxaracaq. 1986-cı ildə Çernobılda baş verən məlum qəzaya keçmiş SSRİ-nin bütün imkanları səfərbər olundu, amma ortalığa nəticə çıxarmaq mümkün olmadı”. 

Ekspert “Stop Metsamor!” kampaniyasını dəstəklədiyini vurğulayıb: “Bu kampaniyaya hərtərəfli kömək eləmək lazımdır ki, o stansiya bağlansın. Çünki Ermənistan kimi balaca bir ölkə üçün Atom Elektrik Stansiyasının olması o qədər də önəmli deyil. Ən azından bütün iqtisadiyyatı, varı-yoxu Rusiyanın əlində olan Ermənistan üçün orada kiçik bir stansiyanın tikilməsi problem deyil. Çalışmaq lazımdır ki, bu məsələ geniş ictimai xarakter daşısın. Qarabağ məsələsi ilə bağlı pararlel olaraq Atom Elektrik Stansiyası da gündəmdə olmalıdır ki, biz Azərbaycanı və Cənubi Qafqazı təhlükədən qoruya bilək”.

Qeyd edək ki, Metsamor Atom Elektrik Stansiyası bütün Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrildiyinə görə, regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə “Stop Metsamor” kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqqer change.org saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam