Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ermənistanda "atom bombası" xəyalı

Yenixeber.org: Ermənistan İkinci Qarabağ müharibəsində məğlubiyyətindən sonra əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, destruktiv mövqeyindən əl çəkmək niyyətində deyil. Belə ki, müharibəöncəsi və müharibə dövründə Azərbaycanın Mingəçevir SES-i vurmaqla hədələyən Ermənistan bu dəfə radioaktiv tullantıları beynəlxalq səviyyədə qəbul edilmiş konvensiyalara zidd olaraq hərbi məqsədlər üçün istifadə etmək məsələsini gözdən keçirir.

Ermənistan AES-in fəaliyyəti dönəmində yetərincə böyük miqdarda radioaktiv tullantı, eləcə də “istehsal tullantıları” kimi təsnif edilməyən radioaktiv yanacaq meydana gəlib.

Bu barədə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan yanvarın 12-də Ermənistan parlamentində Regional Məsələlər və Avrasiya İnteqrasiyası məsələsi üzrə Komissiyanın daimi iclasında komissiya sədri Çiçəklənən Ermənistan Partiyasından olan deputat Mikael Melkumyanın bu tullantıların hərbi məqsədlər üçün istifadəsi ehtimalı ilə bağlı sualını cavablandırarkən danışıb.

M.Melkumyan Ermənistan atom elektrik stansiyasının fəaliyyətindən sonra qalan radioaktiv tullantıların, məsələn, ölkənin müdafiə gücləndirmək baxımından hərbi məqsədlər üçün istifadə edilə bilib-bilməyəcəyini soruşub:

“Onları zənginləşdirməyə başlaya bilərikmi? Şansımız varmı? Bunun üçün müvafiq texnoloji səviyyəni təmin edə bilərikmi?”.

Deputatın sualına cavab olaraq nazir müavini izah edib ki, bu halda yalnız quru anbarlarda saxlanılan radioaktiv yanacaqdan danışmaq olar:

“Bəli, nəzəri olaraq həmişə mümkündür. Ancaq bu təşəbbüsün texnoloji tətbiqi barədə danışa bilmərəm, çünki bu sahədə mütəxəssis deyiləm. Kimya dərslərindən bilirik ki, plutonyum atom bombası yaratmaq üçün əsas elementdir və uran yandıqda əmələ gəlir, ancaq bunu necə əldə edə bilərik və bunun üçün hansı texnoloji nailiyyətlərdən istifadə etməliyik – deyə bilmərəm, çünki hansı texnoloji mərhələ və proseslərdən keçməyin lazım olduğunu bilmirəm”.

Bununla belə, A.Vardanyan qeyd olunmuş məqsədə çatmaq üçün Ermənistanın bu kimi texnoloji sıçrayışı gerçəkləşdirə bilib-bilməyəcəyi sualına cavab verməkdə çətinlik çəkib. Nazir müavini vurğulayıb ki, qarşısına bu cür iddialı hədəflər qoyan bir ölkənin müvafiq infrastrukturu və böyük elmi mərkəzləri olmalıdır.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam