Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Qərb böyük təşviş içindədir:uşaqlar sürətlə “kötükləşirlər”

 

Yenixeber.org:  Danimarkanın “Berlingske qəzeti öz səhifələrində ciddi bir problem qaldırıb – çağdaş təhsil problemini. Və Amerika uşaqları haqda “hər şey hamıya aydın olsa da” – oy, Zadornov (məşhur rus satiriki və aktyoru-tərc.) necə də haqlıymış – budur, avropalı uşaqlar savadıszlıq səviyyəsi və aşkar səfehliyə görə ABŞ məktəblilərinə getdikcə daha çox oxşayırlar. Danimarkalı uşaqlar hətta yerkökünün  harada bitdiyi sualına düzgün cavab verə bilməyiblər. Onlar əmindirlər ki, ağacda bitir. Əlbəttə, kimsə deyəcək ki, yaxşısı budur, qoy, yerkökü ağacda bitsin, nəinki amerikalı uşaqların hesab etdiyi kimi – “şokoladlı südü qəhvəyi inəklər verir”.

Proqram aparıcısı Ceymi Oliver efirdə populyar mətbəx şoularından birində pomidor budağını uşaqlara sarı uzadıb onlardan bunun nə olduğunu soruşduqdan sonra Avropa məktəblərində təhsilin keyfiyyəti haqda ciddi düşünməyə başlayıblar. Gülməlidir, lakin şagirdlər hətta bu suala da düzgün cavab verə bilməyiblər. Bəziləri hesab edir ki, bu, kartofdur – bu, müəllimləri və proqram müəlliflərini başlarını tutmağa məcbur edib.

Bununla belə, məktəblilərin hər biri tomat ketçupunun necə göründüyünü bilir. Danimarka nəşri Qərbin təhsil sahəsindəki problemi haqda yetərincə dözümlə yazır – guya amerikalılar və avropalıların əksəriyyəti bu ərzaqların haradan peyda olduğu xüsusda çətinlik çəkirlər. Hətta yaşlı amerikalılar da sanki duzsuz görünən suallara düzgün cavab verə bilmirlər. “Sorğu göstərir ki, yaşlı amerikalıların 7%-i hesab edir ki, şokoladlı südü qəhvəyi inəklər verir. ABŞ-ın 16,4 milyon sakini bu cür cavab verib. Statistika hələ bu yaxınlaradək daha yaxşı idi. Lakin hər dəfə rəqəmlər daha da təəccübləndirir”.

Hətta hər beş amerikalıdan yalnız biri bilir ki, pendir süddən hasil olunur. Qalanının təsəvvürü yoxdur ki, onu haradan alırlar. Yəqin ki, ağacda bitir. Danimarkalı məktəblilərin yerkökü kimi.

ABŞ-da hesab edirlər ki, bu cür savadsızlıq əhalinin kütlüüyünün nəticəsi deyil, orta məktəb və ali təhsil müəssisələrində hanmsı ərzağın nədən hazırlandığının öyrədilməməyinin bəhrəsidir.

Maraqlıdır. Budur, yalnız Rusiyada da məqsədyönlü şəkildə öyrətmirlər ki, pendir süddən hazırlanır, bizdə adamlar bunu ancaq bilirlər. Danimarkalılar isə hökuməti ölkədə yeni və səmərəsiz təşəbbüslər irəli sürməməyə çağırırlar – məsələn, çiy qida məhsullarının öyrənilməsini. Onlar, sadəcə, daha çox qüvvə və vəsait sərf etməyi planlaşdırırlar ki, uşaqlar təbiətdə daha çox olsun və nə yediklərini bilib bunu izləsinlər. “Qidalanma mədəniyyəti” (Madkulturen) təşkialtınn direktoru Yudit Kist deyir: “Allaha şükür, amerikalıların gününə düşməyimizə hələ çox var”.  Amma, budur, bu qədərmi çox var? Maraqlı sualdır. Hər halda AB böyüməkdə olan və hamıya bəlli həqiqətdən xəbərsiz nəslə diqqətlə fikir vermək əvəzinə qaçqınlara, bütün dünya üzrə demokratiyaya dəstəyə, Rusiya ilə informasiya savaşına milyardlarla avro sərf edir. Barı öz gəncləri ilə məşğul olaydı… Çünki ərzaqları fərqləndirməyi bacarmayanların içindən siyasətçilər hakimiyyətə gəlsə, dünyanı böyük sarsıntılar gözləyə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam