Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Musiqili Teatrın sənətçisi “İlin ən sevilən aktyoru” oldu

 

 

 

 

“TEDUA” prodakşn və “QAFQAZ – MEDIA” İctimai Birliyi 2017-ci ildə fəaliyyəti ilə fərqlənmiş, uğur qazanmış gəncləri mükafatlandırıb. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən bildirilib ki, teatrın gənc aktyoru Nicat Əli də “İlin ən sevilən aktyoru” nominasiyasında mükafata layiq görülüb

 

 

 

  Yenixeber.org:  Qeyd edək ki, Nicat Əli 2005–2009-cu ildə Azərbaycan Dövlət Milli Konservatoriyasının Nəzdində Musiqi Kollecində tar sinfində oxuyub. Oranı bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Teatr aktyoruluğu fakultəsinin bakalavr, daha sonra isə magistr pilləsində təhsil alıb. Hələ Universitetdə oxudugu müddətdə bir sıra film və seriallara çəkilən Nicat Əli 2014-cü ildən Azərbaycan Dövlət Musiqili Teatrında aktyor kimi fəaliyyət göstərir. Teatrda fəaliyyəti zamanı “999-cu gecə” (Maruf), “Hacı Qara” (Heydər bəy), “Qafqazlı qardaşqızı” (Arif), “Silva” (Ronsdorf), “Yatmış gözəl və yeddi cırtdanlar” (Kral) kimi tamaşalarda əsas rolların ifaçısı kimi tamaşaçıların rəğbət və sevgisini qazanıb.

Türkiyənin TRT1 telekanalında yayımlanan "Zəngin qız, fakir oğlan" serialında həkim Ramin obrazı ilə məşhurlaşan aktyor Nicat Əli, eyni zamanda, ölkəmizdə nümayiş olunan "Sirr” (Rövşən), "Döngələr” (Etibar), “İmtahan” (Pərviz) seriallarında da müxtəlif səpkili obrazlar canlandırmışdır.

 

“Özümü çox xoşbəxt hiss edirəm. Düşünürəm ki, bu mükafat təkcə mənə yox, mənim simamda bütün gənc aktyorlara verilib. Çalışacağam ki, bundan sonra uğurlarım daha da çox olsun”, - deyə Nicat Əli bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam