Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

İraq ABŞ-ın diktəsini qəbul etməyəcək - Baş nazir

 

İraq ABŞ-ın diktəsini qəbul etməyəcək - Baş nazir
İraq hökuməti ABŞ-ın İranın enerji, nəqliyyat və bank kimi vacib sektorlarına qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ikinci raunduna riayət etməkdən imtina edir.
Yenixeber.org: "The Jerusalem Post”a istinadən xəbər verir ki, 25 oktyabrdan etibarən İraqın yeni baş naziri təyin olunan Adil Əbdül Mehdi bu cür bəyanatla çıxış edib. 

“Sanksiyalarla bağlı qərar nə beynəlxalq sənəddir, nə İraqındır, nə də BMT qətnamələrinin tərkib hissəsidir. Bu, Amerikanın qərarıdır. Bağdad Tehrana qarşı maliyyə sanksiyalarına əməl etməkdən imtina edir. İraq başqasının diktəsini qəbul etməyəcək və ABŞ-ın xarici siyasətilə qarşıdurmaya, yaxud başqa ölkə əleyhinə hansısa aqressiyaya getməyə məcbur deyil. Biz İraqı ABŞ-ın istər qonşumuzun, istərsə də dünyanın başqa ölkəsinin daxili işlərinə, problemlərinə müdaxiləsindən qorumaq istəyirik” - Əbdül Mehdi vurğulayıb. 

Qeyd edək ki, ötən bazar İraq prezidenti Bərham Saleh Tehrana səfər edərək iranlı həmkarı Həsən Ruhani ilə görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsini, həmçinin, İraq-İran sərhəddində azad ticarət zonasının yaradılması məsələsini müzakirə ediblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam