Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İraq lideri İrana sanksiyalarla razı deyil

 İraqın baş naziri Haidar al-Abadi avqustun 7-də deyib ki, Birləşmiş Ştatların bu həftə İrana bərpa etdiyi sanksiyalarla razı deyil, amma ölkəsinin maraqlarını qorumaqdan ötrü onlara əməl edəcək.
 
Yenixeber.org: "Prinsipcə, regionda sanksiyalara qarşıyıq. Blokadalar və sanksiyalar cəmiyyətləri dağıdır, rejimləri zəiflətmir”, – o, Bağdadda mətbuat konfransında deyib.
 
"Onları strateji səhv, yanlış sayırıq, amma xalqımızın maraqları naminə onlara əməl edəcəyik”, – baş nazir bildirib.
 
ABŞ prezidenti Donald Trump xəbərdarlıq edib ki, Tehranla iş görən şirkətlər Birləşmiş Ştatlar bazarına buraxılmayacaq.
 
İraq 1990-cı illərdə, Saddam Hussein-in idarəçiliyi dövründə 12 il iqtisadi boykota məruz qalıb. Bağdad islamçı ekstremistlərə qarşı müharibədə Vaşinqtonla müttəfiqdir, Tehranla isə hərtərəfli mədəni və ticari əlaqələri var.
 
Şiələrin rəhbərlik etdiyi İran İraqın siyasi işlərində yaxından iştirak edir və ötən il İslam Dövləti ekstremist qruplaşmasının məhvində böyük rol oynamış şiə döyüşçüləri maliyyələşdirir.
 
Azadlıq Radiosu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam