Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bərzani prezidentliyə namizədini açıqladı

 

Bərzani prezidentliyə namizədini açıqladı
İraqın şimalındakı Kürd Muxtariyyətinin uzun illər rəhbəri olmuş Məsud Bərzani liderlik etdiyi Kürdüstan Demokratik Partiyasından (KDP) İraq prezidentliyinə namizədin adını açıqlayıb.
Yenixeber.org: Anadolu agentliyi xəbər verir ki, Bərzani KDP-nin üzvü, 2017-ci ilin oktyabrınadək Kürd Muxtariyyəti hökumət şurasının sədri olan, özünün "sağ əli" kimi tanınan Fuad Hüseyni İraq prezidentliyinə namizəd seçib. 

“Kürdlərin ortaq bir namizəd irəli sürmələrini istərdim, lakin bu, alınmadı. Partiyam prezidentliyə namizədi seçmək vəzifəsini mənə verdi. Mən də Fuad Hüseyni bacarığına görə İraq prezidentliyinə namizəd seçdim.” – deyə, Bərzani bəyan edib. 



Xatırladaq ki, İraq Konstitusiyasına əsasən, baş nazir şiə, prezident kürd, parlamentin sədri isə sünni təmsilçisi olmalıdır. 2005-ci ildən etibarən kürdlər arasından prezidentliyə namizədi Kürdüstan Yurdsevərlər Birliyi (KYB) partiyası seçir. Lakin bu dəfə kürdlər vahid namizəd irəli sürə bilməyiblər. Ötən ilin oktyabrındakı qanunsuz müstəqillik referendumu ilə nüfuzunu itirən KDP indi bu məsələdə onların da fikrinin soruşulmasını və İraqprezidentliyinə namizədlərlə bağlı müzakirələrdə iştirakı tələb edirlər. 

KYB isə öz namizədini artıq ötən həftədən müəyyənləşdirib. Partiyanın İraq prezidentliyinə namizədi Kürd Muxtariyyəti hökumətinin keçmiş rəhbəri, İraq baş nazirinin sabiq müavini Berhəm Salihidir. 

Qeyd edək ki, İraqın 329 nəfərdən ibarət yeni parlamenti sentyabrın 15-də keçirilən səsvermədə 5 ərəb namizəddən biri olan sünni Məhəmməd Halbusini parlamentin sədri seçib. Konstitusiyaya uyğun olaraq, parlament öz sədrini seçdikdən sonra 30 gün ərzində ölkə prezidentini seçməli, o isə öz növbəsində baş naziri təyin etməlidir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam