Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İran İŞİD-lə müharibəyə hazırlaşır

 

Türkiyə ilə Iraq arasındakı sərhəd məntəqəsində yük maşınlarından ibarət ucu-bucağı görünməyən növbələr yaranıb. İraqın sərhədyanı Duhok və Zaho şəhərlərində isə yollar TIR-larla doludur. 

 

     “Xeberinfo.com”: Məlumata görə, onlarla sürücü İraqın məhz bu ərazilərindən daha da irəli getməyə qorxurlar. Səbəb “İraq və Şam İslam Dövləti”nin (İŞİD) nəzarət etdiyi bölgələrdə törətdiyi əməllərdir.Dünən Duhok, Zaho və ümumilikdə İraqın Ibrahim Xəlil keçid məntəqəsində 2 mindən çox TIR olub: “IŞID Bağdad-Kərkük yolu üstündə hərəkət edən avtobusları dayandırıb. Həmin avtobusda olan və Iraqda fəhlə kimi çalışan 60 nəfəri əsir götürüb. Əsir götürülənlərdən 20 nəfərə yaxını Türkiyə vətəndaşıdır.

Onların hara aparıldığı bəlli deyil. Məlumata görə, fəhlələr İraqdakı vəziyyətin gərginləşməsi səbəbindən öz evlərinə qayıdırmış".

IŞID Bağdad-Kərkük yolunu bağlaya bilib. Bu yolun üstündəki strateji yaşayış məntəqələrindən olan, türkmənlərin yaşadığı Bəşir kəndi dünən səhər IŞID-in əlinə keçib. Dünən axşamdan başlayan döyüşlərdən sonra kəndi qoruyan təhlükəsizlik qüvvələri Bəşiri atıb qaçıblar.

Hazırda döyüşlər başqa bir türkmən kəndi olan Tazehurmatu ətrafında gedir. Tazehurmatunun ələ keçməsindən sonra Kərkükün yolu İŞİD üçün tam açılacaq. Bəşir kəndinin təxminən 2 minədək sakini də kəndi qoyaraq qaçıb. Qaça bilməyənlər isə təkcə qocalar və xəstələrdir: “Kərkükdəki qaynaqlardan aldığımız xəbərə görə, şəhərdə həyəcan yaşanır. Əhali panika içindədir. Telafer və Mosulda baş verənlər onları qorxudub. Şəhəri müdafiə etmək üçün isə birləşmiş komandanlıq yoxdur”.

Bu arada o da məlum olub ki, IŞID-ə qoşulan BƏƏS (Səddam Hüseynin partiyası) tərəfdarları İraqda Səddama 2006-cı ildə edam hökmü çıxaran hakim Rauf Əbdül Rəhmanı əsir götürüb.

“Bəyan edirik ki, Rauf Əbdül Rəhman üsyançıların əlindədir”, - deyə BƏƏS-in baş katibi İzzət İbrahim əd-Duri “facebook” səhifəsində yazıb.

Rəsmi mənbələr isə son vaxtlaradək Kürd muxtariyyətinin ədliyyə naziri işləmiş Rauf Əbdül Rəhmanın əsir düşməsini hələlik təsdiqləməyib.

    İran prezidenti Həsən Ruhani İŞİD-ə qarşı Iranda qeyri-rəsmi səfərbərliyin olduğunu etiraf edib. Məlumata görə, İran prezidenti İŞİD-in İraqda terror əməliyyatları ilə bağlı mövqeyini açıqlayıb.H.Ruhani bildirib ki, Iran Iraqdakı müqəddəs yerlərin müdafiəsi məsələsində tərəddüd etməyəcək: “Müqəddəs yerləri terrorçulardan qoruyacağıq”.Iranın Azərbaycandakı səfirliyi Iraqda baş verənlərə münasibət bildirib.

Bəyanatda deyilir ki, BMT-dən tutmuş, bütün regional və beynəlxalq qurumlar, dünya səviyyəsində təsirli ölkələr Iraqın baş nazirinin ölkəsinin sərhədlərinə nəzarət etmək və terroristlərə kömək çatdırılmasının qarşısını almaq üçün müraciətinə səs verməlidir: “İraq dövlətini dəstəkləmək üçün bəyanatların verilməsi və siyasi mövqe bildirilməsi lazımdır, lakin kifayət deyil. Bu gün Iraq beynəlxalq terrorizmlə mübarizənin mühüm səngərlərindən biridir və bütün ölkələr öz imkanları çərçivəsində Iraq dövlətinin istəyinə və ehtiyacına kömək etməlidirlər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam