Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İraqın baş naziri İrana getmədi

 

İraqın baş naziri İrana getmədi
İraqın baş naziri Heydər əl-Abadi İrana səfər etməyəcək.
Yenixeber.org: Bu barədə “Mehr” agentliyi İraq baş nazirinin ofisinə istinadən məlumat verib. Qeyd olunur ki, əl-Abadinin İrana nəzərdə tutulan səfəri təxirə salınıb, lakin səbəbi göstərilmir. Bununla belə, baş ofisdən əl-Abadinin sabah Türkiyə səfər planının dəyişmədiyi bildirilib.

Qeyd edək ki, avqustun 10-da İraqın Mərkəzi Bankı ABŞ sanksiyalarının qüvvəyə minməsilə əlaqədar ölkənin kommersiya banklarına İranın kredit müəssisələri ilə dollarla əməliyyat aparmamaları barədə xəbərdarlıq edib. Bununla belə, İraqMərkəzi Bankı İranla maliyyə əməliyyatlarında avrodan istifadəyə etiraz etmədiklərini bəyan edib. Lakin bu, Avropa İttifaqı Mərkəzi Bankının və digər müvafiq bankların tələbindən asılıdır.

Xatırladaq ki, İraq qonşu İrandan illik 6,6 milyard dollar dəyərində ticarət məhsulları alır. Onların sırasında yeyinti məhsulları ilə yanaşı, avtomobil və ehtiyat hissələri, məişət texnikaları da var.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam