Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Oqtay Şirəliyev islahatları qəbul etmir -Onkoloji xəstəl Prezidentə müraciət hazırlayır


Hövsan qəsəbəsində fəaliyyət göstərən 23 sayli poliklinikadan ciddi narazılıq var.

Yenixeber.org: Bu barədə redaksiyamıza poliklinikada qanunsuzluqla üzləşən Sevinc Məmmədova bildirib. Onun sözlərinə görə, xüsusilə onkoloji xəstələr poliklinikanın yarıtmaz fəaliyyətindən əziyyət çəkirlər. Sevinc Məmmədova bildirir ki, onkoloji xəstə olmasına baxmayaraq müəyyən sənədlər üçün ondan qeyri-rəsmi "rüsum" tələb olunub.  Baş həkim Sənan Əliyev və onkoloq Nərgiz doktor tərəfindən süründürməçiliyə məruz qalıb. Sevinc Məmmədova bildirir ki, digər xəstələr də oxşar hallarla qarşılaşıb. Şikayıtçinin sözlərinə görə, poliklinika rəhbərliyinin qanunsuz əməllərindən cana doyan xəstələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmək niyyətindədirlər. Hakimiyyət bütün sahələrdə islahatlar aparıldığını bəyan edib. Deyəsən, islahatlar dalğası hələ səhiyyə sisteminə çatmayıb. Yaxud da səhiyyə sahəsinə məsul olan şəxslər islahatları qəbul etmək istəmir. Ölkədə islahat kampaniyasının getdiyi bir ərəfədə 23 daylı poliklinikanın rəhbərliyi hətta onkoloji xəstədən qanunsuz olaraq pul tələb etməsini başqa cür qiymətləndirmək mümkün deyil.(anaxeber.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam