Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanın bu bölgəsində on xəstədən səkkizində xərçəng aşkarlanır

 

 

Rayon yeri olmasına baxmayaraq, müraciət edilən 10 xəstədən səkkizində xərçəng xəstəliyi aşkarlanır.

Yenixeber.org: Bu barədə  Şəki Rayon Mərkəzi Xəstəxanasının Patositomarfologiya Laboratoriyasının həkim patomorfoloqu İntiqam Əmrahov məlumat verib.

O bildirib ki, Şəki və ətraf rayonlarda onkoloji xəstəliklərin təyin edilməsi üçün laboratoriya var:

"Xəstəxanada onkoloji xəstəliklərin hüceyrə (sitoloji) və toxuma (histaloji) səviyyəsində yoxlanılması üçün hər cür şərait yaradılıb. Regionda bu istiqamətdə yeganə laboratoriyadır. Əməliyyat zamanı orqanlarda aşkarlanan onkoloji, qeyri-onkoloji problemlərin dəqiqləşdirilməsi aparılır. 

Son bir neçə ildə regionda ən çox süd vəzi xərçəngi geniş yayılıb. Bundan başqa, kişilərdə prostat və bağırsaq xərçənginə, qadınlarda ginekoloji problemlərə daha çox rast gəlinir. Hətta qadınlarda müraciət edən 10 xəstədən səkkizində xərçəng xəstəliyi aşkar edirik. Azyaşlı uşaqlarda isə əksər hallarda xoşxassəli hemogemalara rast gəlinir.

Müraciət edən xəstələr arasında Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Mingəçevir bölgələrində yaşayan sakinlər olur. Rayon yeri olmasına baxmayaraq, xərçəng xəstəliyinin son vaxtlarda artmasının səbəbi ekoloji faktor, durğun həyat tərzi, qidalanma, həkim konsultasiyalarına laqeyd yanaşmadır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam