Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

“Uşaqlarınıza bahalı çantalar, sintetik paltarlar almayın”

 

Pediatrdan birinci sinfə gedəcək uşaqların valideynlərinə məsləhətlər...

Yenixeber.org: Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər artıq məktəb bazarlığı barədə düşünməyə başlayıblar. Məktəbli geyimi, dərs ləvazimatları, kitablar... Daha ucuz, amma keyfiyyətli axtarışı bütün ailələr üçün ciddi vəzifələrdən biridir.

Pediatr Vaqif Qarayev isə bu günlərdə valideynləri düşündürən və seçim qarşısında qoyan məktəb bazarlığı barədə məsləhətlər verib.

Musavat.com xəbər verir ki, V.Qarayev ailə büdcəsinin yeni dərs ilinə hazırlıq xərclərini ödəməyə imkan vermədiyini deyib.

O, məhz bu məqsədlə birincilərin valideynlərinə bəzi xatırlatmalar edib: “Allı-güllü,iri,ağır,üzərində əcnəbi dilllərdə müxtəlif yazilar yazılmış, bahalı çantalar almaq mənasızdir. Uşağin fiziki parametrlərinə uyğun sadə,yüngül,ucuz çantalar alinsa yaxşidir. Ağır çantalari məktəbdə də lazımsız vəsaitlərlə yükləyəcəklər. Uşağin qamətini deformasiya edir! Sintetik materialdan hazırlanmış paltarlar almayın! Nisbətən baha da olsa təbii materialdan olan paltarlar alin. Onsuz da il boyu geyinəcək”.

Pediatr eyni zamanda valideynlərə uşağa düzgün oturmaq qaydalarını(vərdişləri) öyrətməyi də məsləhət görüb: “Evdə öyrədin ki,məktəbdə də müəllimlər davam eləsin. Yoxsa qamətində problemlər yaranacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam