Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Yeni dərs ili başladı: ağlayan birincilər, sevinən valideynlər...

 Bu gün artıq yeni tədris il başlanır. Bu il “Bilik günü” həftənin son iş gününə təsadüf etsə də, məktəblilər məktəbə, tələbələr isə universitetlərə həvəslə gedirlər.


Yenixeber.org: Tədris ilinin ilk günü daha çox həyəcan keçirənlər həmişə ağlayaraq məktəbə gedən birincilər, tələbə adını yenicə qazananlar və sevinən valideynlər olur. Qeyd edək ki, bu il ümumtəhsil məktəblərinin I siniflərinə 164 min 945 şagird gedir. Bu rəqəm ötən illə müqayisədə artıb. Belə ki, 2016/2017-ci tədris ilində ölkə üzrə 164 min 33 nəfər şagird birinci sinfə getmişdisə, 2017/2018-ci tədris ilində belə uşaqların sayı 164 min 945 nəfər olacaq. Ümumilikdə isə bu il məktəblərə 1445049 şagird gedəcək. Onlardan 665806-sı qız, 779243-ü oğlandır. Təhsil Nazirliyinin məlumatına görə, ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunacaq. 

Bu il yenicə müəllim adını qazananlara gəlincə isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci turu başa çatıb və 933 nəfər müəllim adını qazanıb. Ümumtəhsil müəssisələrində işləyən 125 müəllim bu mərhələdə iş yerini dəyişib. Qeyd edək ki, müsabiqənin birinci mərhələsi üzrə 4 min 454 nəfər müəllim adını qazanıb. Bu il 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tipli məktəbdir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəz edilməsi nəzərdə tutulur. 12 məktəb binası əsaslı, 460 məktəb cari təmir edilib, 24 məktəb binasında isə cari təmir işləri davam etdirilir. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

Qeyd edək ki, məktəblərin başlaması ilə istər metrolarda, istərsə də ictimai nəqliyyatlarda sıxlıq yaşanır. Məhz buna görə də sentyabrın 15-də yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, yollarda təhlükəsizlik tədbirləri gücləndiriləcək. Artıq bütün məktəblərin ətrafı yol polisi tərəfindən nəzarətə götürülüb, məktəblərin yaxınlığına naryadlar təhkim olunub. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, məqsəd dərs ilinin başladığı gün yollarda sıxlığın yaranmaması, hərəkət axınını normal qaydada təşkil etmək və məktəblərin ətrafında yol hərəkəti təhlükəsizliyini təmin etməkdir: “Son illərin təcrübəsi göstərir ki, bəzən valideynlər övladlarını məktəbə gətirərkən avtomobili məktəbin qarşısında saxlamağa çalışır. Bir neçə belə valideynin səhvi ucbatından saatlarla tıxac yaranır, sıxlıq yaşanır. Xüsusilə bəzi valideynlər övladlarını birinci sinfə gətirərkən, onların avtomobilini bir neçə qohum-əqrəbanın avtomobili də müşayiət edir və əksər halda dayanma-durma qaydalarını pozurlar”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam