Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Deputatlığa namizəd Ramin Məmmədovun adı 100 min manatlıq dələduzluq işində hallanır?! -İLGİNC İDDİA

 

 

bitmap-img6

64-saylı Sabirabad ikinci seçki dairəsindən deputatlığa namizəd Ramin Məmmədovla bağlı şok məlumatlar yayılıb. 
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, hazırda Xəzər rayon Məhkəməsində R.Məmmədovla bağlı 100 min manatlıq dələduzluq işi ilə əlaqədar məhkəmə prosesi gedir.
İddialara görə, Ramin Məmmədov vətəndaşlardan birindən onu yüksək vəzifəyə təyin etdirəcəyi vədi ilə 100 min manat məbləğində pul alıb. İş sonradan alınmadağından vətəndaş məhkəməyə müraciət etməli olub.
Redaksiyaya daxil olan məlumatın nə qədər həqiqəti əks etdirdiyini və iddianın tam təfsilatını dəqiqləşdirməyə çalışırıq.
Namizədin də məsələylə bağlı fikirlərini dərc edə bilərik.
Qeyd edək ki, Ramin Məmmədov siyasi çevrələrdə Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun kadrı kimi tanınır.
Medianın monitorinqi göstərir ki, Ramin Məmmədovun adı indiyədək bir sıra qalmaqallı hadisələrdə hallanıb, ünvanına bir sıra ağır ittihamlar səsləndirilib.
Məsələn, Veteninfo.az saytı yazıb ki, R.Məmmədovun adı bir sıra layiq olmayan şəxsləri maddi maraq qarşılığında dövlət mükafatlarına salmaqda hallanır.
Gundeminfo.az saytının iddiasına görə isə Ramin Məmmədovun Bakıda və müxtəlif Avropa ölkələrində müxtəlif mağazaları fəaliyyət göstərir. Say haqlı olaraq sual edir ki, görəsən dövlət qulluqçusu kimi aylıq əməkhaqqısı bəlli olan biri necə və hansı vəsaitlərlə belə brend mağazalara sahib olub?
Bizimxeber.az saytının iddiasına görə isə, Ramin Məmmədov Avropa və Asiya ölkələrində diaspora işinin təşkili ilə məşğul olmaq əvəzinə, öz maraqlarına xidmət edib.
Ramin Məmmədovla bağlı mediada son yayılan xəbər isə onun Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini olmasına baxmayaraq, qeyri-rəsmi formada vəzifəsindən uzaqlaşdırılması ilə bağlıdır. R.Məmmədov komitəyə yeni rəhbərlik təyin edildikdən sonra demək olar ki, heç bir tədbir, görüş və iclasda görünməyib.(editor)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam