Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

YAP-IN YENİ NAMİZƏDLƏRİ NƏ İŞLƏ MƏŞĞULDUR?- FOTOLAR

 

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqlayıb. 

Yenixeber.org: YAP-ın ilk dəfə deputatlığa namizəd olan üzvlərinin bəziləri barədə məlumatları təqdim edirik:

16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Səfərov İlham İlyas oğlu Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisidir.

20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Nihad Allahyarlı Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir.

22 saylı Nəsimi ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Sərraf Balaxan oğlu Hüseynov 1986-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin məzunudur. YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetində rektorun İctimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiridir.

27 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyi irəli sürülən Salahzadə Əliabbas Qalib oğlu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks-deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğludur. 40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir. O, 21 yaşında Azərbaycanın ən gənc bələdiyyə (Bilgəh bələdiyyəsi) sədri olub.

93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizəd Yıldırım Fatma Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin insan resursları şöbəsinin müdiridir. 1973-cü ildə Bakıda anadan olan deputatlığa namizəd Bakı Dövlət Universitetinin məzunudur.

43 saylı Sumqayıt III seçki dairəsindən deputatlığa namizəd Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvüdür.

29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Aytən Hüseynova Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisinin koordinatorudur.

41 saylı Sumqayıt I seçki dairəsindən deputatlığa namizəd Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədridir.

56 saylı Xaçmaz kənd seçki dairəsi Mərdanov Kənan Zeynal oğlu Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin direktorudur.

57 saylı Kürdəmir seçki dairəsi Qəribov Nizami İsməli oğlu Kürdəmirin bələdiyyə sədridir. 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülən Saleh Adil oğlu Ələsgərov isə Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəisidir.

64 saylı Sabirabad ikinci seçki dairəsi Məmmədov Ramin Ələmşah oğlu Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinidir. O, bu vəzifəyə 2012-ci ildə təyin edilib.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyi irəli sürülən Mirbəşiroğlu Elşad Mirbəşir oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavinidir. 1977-ci ildə Göygöldə anadan olan Mirbəşiroğlu BDU-nun məzunudur.

70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd olan Məmmədov Məşhur Şahbaz oğlu "Embawood” şirkətinin prezidentidir. O, Masallı rayonunun Yeddioymaq kəndindəndir.(qafqazinfo) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam