Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gəncin əlləri brilyant alverinə görə kəsilib- ŞOK TƏFƏRRÜATLAR

Azərbaycanda dini fanatizm getdikcə güclənir və gücləndikcə də dini faşizm şəkli alır. Bu isə öz növbəsində qorxunc nəticələrə gətirib çıxarır.

Xeberinfo.com:   Dünən Zaqatalada bir növ İŞİD-çilərin “şəriət məhkəməsi” üslubunda baş verən dəhşətli cinayət belə nəticələrdən biridir. Xəbər verdiyimiz kimi, dünən Zaqatalada 26 yaşlı rayon sakini Vüsal Bəşirovun hər iki əli biləkdən balta ilə kəsilib.

Zaqatala Rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, V.Bəşirovu dələduzluğuna görə belə amansızlıqla cəzalandırıblar.

Belə ki, V.Bəşirov satılmaq üçün ona etibar olunaraq verilən daş-qaşı sahibinə qaytarmaqdan imtina edib. Nə də onun pulunu ödəməyib.

Hazırda xəstəxanada olan V.Bəşirov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, bu hadisə onun başına bir ay əvvəl bağladığı sövdələşməyə görə gəlib.

V.Bəşirov deyib ki, şərtə görə, o, bir brilyant boyunbağı və iki brilyant üzüyü satmaqda vasitəçi olmalı imiş. Qızıl-zinət əşyalarının sahibi ilə birlikdə mala 7 min manat qiymət qoyublar. Lakin nə olubsa, bundan sonra olub. V.Bəşirov hələlik məlum olmayan səbəblərdən həmin daş-qaşı itirib. Təbii ki, bu xəbər onların sahibini razı salmayıb. O, bu xəbərdən sadəcə vəhşiyə dönüb və V.Bəşirovdan amansız qisas almağa qərar verib.

Həmin adam V.Bəşirova zəng vuraraq zaqatalalıların “Titanik” adlandırdığı körpünün yanında görüş təyin edib. Onların görüşü V.Bəşirovun ünvanına ağır söyüş və təhqirlərlə başlayıb. Bəşirov ona müqavimət göstərmək istəsə də həmin şəxsin yanında gələn iki nəfər də işə qoşulub. Onlar Bəşirovun qollarını buraraq ram ediblər. Daş-qaşın sahibi isə baltanı işə salıb və orta əsrlərə, İŞİD-ə xas üslubda cəza verib. Bundan sonra onlar Bəşirovu buraxaraq “indi isə həkimə get” deyə ərazini tərk ediblər.

V.Bəşirov özünü zorla yaxınlıqdakı evlərin birinə çatdıra bilib. Ev sahibi isə təcili yardım çağırıb və onu xəstəxanaya çatdırıblar.

Məsələnin ən maraqlı tərəfi odur ki, hazırda xəstəxanada olan Bəşirov onun əllərini kəsən şəxslərin adını açıqlamaqdan hələ də inadla imtina edir. Bununla belə istintaq artıq bəzi izlərə düşə bilib.

Sonda onu da deyək ki, V.Bəşirov buna qədər dələduzluğa görə bir dəfə həbsxanada yatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam