Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Eyyub Bəşirov vəfat edib

 

 

Səkkiz dildə yazıb, oxuyub və danışan azərbaycanlı akademik vəfat edib

 



Yenixeber.org: Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, bioloq-alim, akademik Eyyub Bəşirov 91 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E.Bəşirov heyvanların törəyib çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb və elmi nəticələr əldə edib. Məhz elmdə "Bəşirov metodu" onun adına verilib.

1964-cü ilin sentyabrın 6-dan 13-ə kimi İtaliyanın Trento şəhərində keçirilən V Beynəlxalq Elmi Konqres Eyyub Bəşirov elmi məruzə edib. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutub və qızıl medala layiq görülüb. Roma Papası VI Pavel şəxsən özü alimi böyük uğur münasibətilə təbrik edib və öz portretini ona hədiyyə verib.

Qeyd edək ki, mərhumun böyük oğlu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, digər oğlu Xanlar Bəşirov isə Azərbaycanın əməkdar artisti, tanınmış rəqqasdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam