Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SİYASİ VƏ ƏDƏBİ İNTERPRETASİYANIN QƏTL VARİANTI

 

 

"MONİTOR”DAN GÖRÜNƏNLƏR

 

"Xeberinfo.com":  ...O zaman kələk “dahiyanə” qurulmuşdu. Sadəcə olaraq, məkan-zaman çərçivəsində aparıcı subyektlərin gerçək potensialları düzgün qiymətləndirilmədiyindən siyasi dəllaların istədikləri nəticə əldə olunmadı. Mən bunu o zaman da qeyd etmişdim. Azərbaycana müxtəlif rəngli inqilabları transfer etmək istəyən maliyyə maqnatları bir anı nəzərdən qaçırdılar. Gürcüstanda İlham Əliyevə hədiyyə olunan atın Saakaşvilinin əlində tutduğu inqilab rəmzi olan qızılgülü həzmi-rabedən keçirməsi növbəti dayanacaqda onların niyyətlərinin baş tutmayacağı demək idi. Və tutmadı da. Siyasətdə sözlə deyilə bilməyənlərin qarşı tərəfə çatdırılması bəzən əməllə edilir. QIZILGÜLÜ YEYƏN ATIN DAVRANIŞI ZAMANIN İRONİYASI İDİ...

Süni partlayışlar üçün hesablanmış qəsdlər, qətllər bütün zamanlarda siyasi dramaturgiyanın əsas düyün nöqtəsi olub. Hakimiyyətə təzyiq və hakimiyyətin ələ alınması üçün bir ailənin faciəsindən şou düzənləyənlər dramaturyi xəttin kuliminasiyasında dövlətçiliyimizə dəyə biləcək zərbənin fərqində də deyildilər. O zaman yaş yarımlıq uşağı yetim qoyan siyasət dəllaları, ruhu şad olsun, “Monitor” yurnalının redaktoru ELMAR HÜSEYNOVu qətlə yetirəndə hansısa siyasi qazancın peşində idilər. Müşahidələr göstərir ki, Azadlığımızı əldə edəndən “cəmiyyət arasındakı reytinqə görə birinci bizik” deyə saçını-saqqalını yolaraq döşünə-başına vuran, fəaliyyətinlərində daha çox diffamasiyaya söykənən çağdaş mətbuatımızın səviyyəsi deyiləndən də qat-qat aşağıdır. Baş verən hadisədə ya faktlar bilərəkdən şişirdilir, ya da məsələyə münasibətdə eyforik yanaşma nümayiş etdirilir. Fərqli yanaşma, fərqli düşüncə fərqli məntiq dərhal topa tutulur. Sən istədiyini cəmiyyətə təqdim etmisən deyə nədən mənim düşüncələrim yanlış kimi qələmə verilməlidir...

“Monitor”dan Elmarın qətlinə baxılıb. Bəs ELMARIN QƏTLİNDƏN O ZAMANKI ÇƏRÇİVƏDƏ MONİTORDA GÖRÜNƏNLƏRƏ BAXILIBMI?..

Ruhu şad olsun, Elmar Hüseynovun özü ilə şəxsi tanışlığım olmasa da, “intellektual potensialı”na ara-sıra oxuduğum yazılarından bələd idim. Və bu bələdçilik bir FAKTı ortalığa qoymuşdu: “MONİTOR”DA BRAKONYER FƏRZİYYƏÇİLİK İNTELLEKTUAL FORMADA TƏQDİM OLUNURDU. Onu digərlərindən fərqləndirən cəhətlərdən biri də bu idi. Zamandaxili paralellər aparanda özlərini “real müxalifət” adlandıranların sehrli çubuqlaryla idarə olunan “azad mətbuat”çılarsa daha çox küçə psixologiyasına meyilli kimi görünürdülər. Bu, BİRİNCİ MƏQAM.

“Monitor”da iqtidarla müxalifətin tənqidində bir balansın olduğunu və bununla da demokratik yanaşmanın sərgiləndiyini bildirənlər də yanaşmalarında səmimi deyillər. Baxanda apaydın görünür ki, bu yurnalda müxalifətlə bağlı yazılar daha çox ekzogen xarakter daşıdığı halda hakimiyyətə münasibətdə fərziyyəçiliyə söykənən nifrət hissi əsas yer tuturdu. Mətbuatsa faktların dilini sevir. Bu da İKİNCİ MƏQAM.

Ozaman ZƏRDÜŞT ƏLİZADƏ düzgün vurğulamışdı ki, “bu qətldə İlham Əliyev nişan alınıb, ancaq naşılıqdan Elmar Hüseynov qətlə yetirilib”. Məsələ burasındadır ki. həmin qətl hadisəsindən siyasi və ədəbi interpretasiya düzənləyənləri başa düşmək olmur. Əminliklə deyə bilərəm ki, “Elmar Hüseynov Azərbaycan mətbuatının birincisi idi” deyənlərin çoxu mərhum yurnalistimizin qətlinə qədər heç onu tanımırdılar. Elə isə qardaşım, gəldiyiniz qənaət nədir? HƏR ŞEY OLDUĞU QƏDƏRİNDƏ GÖZƏLDİR, əziz dostlar!

DİGƏR BİR MƏQAM. “Elmar Hüseynov Azərbaycan mətbuatının ən demokratik düşüncəli yazarı imiş”. Bir müddət öncə bu qənaətdə olan AXCP adlı YURDun lideri Əli Kərimlini əgər doğrudan da, insan azadlığı, söz özgürlüyü ilgiləndirirsə, onda nədən bu kateqoriyadan olan yaşam tərzinin keşiyində dayanan Elmar Hüseynova “birinciliyi”nə görə dayaq durmurdu? Nədən eşitdiyimə görə, bir neçə qəzeti maliyyələşdirən bu Zat “yurnalın çapı üçün” Elmar Hüseynova öz yardım əlini uzatmırdı? Eynulla Fətullayevin bildirdiyinə görə,  yurnalın  işıq üzü görməsi üçün axı rəhmətlik Elmar öz evini satlığa qoyubmuş. Bütövlükdə götürəndə, ELMARIN ÖLÜMÜ STATİST SİFƏTLİLƏRİN İFŞA OLUNMASINI GERÇƏKLƏŞDİRDİ...

SUAL OLUNUR: 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dönəmində yurnalist Səlim Həqqinin, İbişin ölümü nədən bu statist sifətliləri bunca ilgiləndirmirdi? Hədən bu kəslər həmin qətlləri unudub, Elmar Hüseynovun qətlini “yurnalistikada çağdaş tariximizin birincisi” adlandırırdılar?..

Elmar Hüseynov döyüləndə, yurnalı bağlananda, həbs olunanda Müsavat Partiyasının BAŞ QANı olan İsa Qəmbər nədən dəfn mərasimində olduğu qədər məyusluq hissi keçirmirdi?

SÖZARASI: O zaman İsa Qəmbər Beynəlxalq Mətbuat Mərkəzində keçirilən forumda öz çıxışında belə bir fraza işlətmişdi: “xaricilər bizdə siyasətçilərin və yurnalistlərin ÖLDÜRÜLMƏMƏSİNİ (seçmə mənimdir – müəllif) mühüm demokratiya faktı kimi qiymətləndirirlər”. Əcəba, siyasətin söykəndiyi məntiq elmi görən bununla bağlı nə deyə bilər?

SÖHBƏT MƏNTİQDƏN DÜŞMÜŞKƏN. O zaman özünü “real müxalifət” adlandırılanlar öz mətbu orqanlarında dəfələrlə vurğulamışdılar ki, “hakimiyyətin zəbt olunmasında bp şirkəti başlıca rol oynayıb”. Ancaq Elmarın qətlindən sonra heç hənanın yeri idimi ki,  həmin kəslər “bp demokratiyanın keşiyində duran şirkətdir” deyirdilər. Di gəl baş aç bunlardan.

Yenə o zamankı mətbuat bu məsələyə münasibətdə bp-Andreas Qross-“real müxalifət” üçbucağında gizlənən məqamlardan da yazmışdı. “Azərbaycanlılar elə bilir ki, mən onların Avropa Şurasındakı ombudsmanlarıyam”, “mən adımın Azərbaycanda hazırlanan dövlət çevrilişində hallanmasından məmnunam” deyən qurumsaq Qrossun o zamankı belə açıqlamalarıyla digərlərinin mövqeyi və baş verən qətl arasında paralellər aparanda işimiz yenə də məntiqə düşür...

 Əslində siyasi qüvvələrin gəldikləri qənaət də brakonyer fərziyyəçilikdir. Bizi Azadlığımıza Qovuşduran Yolda qətlə yetirilən , həyatını itirən bütün yurnalistlərə Allah rəhmət eləsin. Ruhları şad olsun ki, uğrunda vuruşduqları müstəqil dövlətimiz var – onların yetim qalan övladlarına sahib çıxmalı olan dövlət. Sahib çıxa bilirikmi?..Bəli, Elmar Hüseynovun qətli bir ailənin və bu da özlüyündə dövlətin faciəsi idi. Çünki dövlət bir vətəndaş, bir fərd olaraq Elmarı itirmişdi. Kələksə “dahiyanə” qurulmuşdu...  

 

P.S Vəkil Aslan İsmayılov deyir ki, ““Monitor”un bir nömrəsi gecikən kimi ABŞ və Böyük Britaniya səfirləri həmin dəqiqə redaksiyaya zəng edirdilər”...Balam, nə əcəb? 

 

P.P.S Mərhumun Yetim Qalan Övladını necə, kimsə yada salırmı? 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam