Putinin başı savaşa qarışdı -ABŞ tarixi şans qazandı
Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını Ağ Evdə qəbul edib. ABŞ və C5 ölkələri arasında çox nəhəng iqtisadi razılaşmalar əldə olunub, bu razılaşmalar mədənlərdən tutmuş enerji mənbəyi olan faydalı qazıntılara, həmçinin energetika, aviasiya və kənd təsərrüfatına qədər, müxtəlif sahələri əhatə edir.
Yenixeber.org: Bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
O bildirib ki, Ağ Ev rəsmilərinin görüşün siyasi mahiyyəti barədə açıq danışmaması anlaşılandır, amma bəzi senatorlar proses haqda son dərəcədə açıq və net mövqe ortaya qoyublar:
“Respublikaçı senator Stiv Deynsin dediklərinə nəzər salaq: “Dünyada Mərkəzi Asiya kimi böyük iqtisadi potensialı olan çox az region var. Ölkələrimiz arasında daha sıx əlaqələrin qurulması təkcə arzuolunan deyil, həm də ABŞ üçün strateji zərurətdir. Sovet dövründə, daha sonra isə Rusiyanın təsiri altında Mərkəzi Asiya ölkələri öz potensiallarını reallaşdıra bilmədilər. Rusiya indi Ukrayna ilə məşğuldur və cənub cinahı ilə məşğul olmağa vaxtı yoxdur. Putinin müharibəsi bizə etibarlı və sabit investisiyalar təmin etmək imkanı yaratdı. Bu məqam Moskva və Pekin tərəfindən buraxılmış boşluğu doldurmaq üçün Amerikanın tarixi imkanıdır”









AZ
RU