QAN RƏNGLİ RƏSİMLƏRDƏKİ QOLTUQ AĞACI
PUBLİSİSTİK YIRTIĞA VERİLƏN FORMAT
Xeberinfo.com: ...Yaxın tarixin söhbətidir. O zaman qan rəngli boyalarla çəkilən rəsimlərin təqdimatında iniltilər duyulurdu. Qərbin mərhəmət dağarcıqlarından uman kəslərə deyil, özlərinin güman yeri sandıqlarına inqilablar fonunda qoltuq ağacları paylanırdı. Duyulanlar başa gəlirdi. Maliyyə maqnatlarının kələkləri “dahiyanə” bir şəkildə qurulurdu. Ancaq məsələyə böyük mənada yanaşanda şahidi oluruq ki, Azərbaycanı poliqona çevirmək istəyənlər məkan və zamanı, həmçinin əsas hədəfin potensiallarını düzgün qiymətləndirə bilməmişdilər. Siyasət dəllalarının Azərbaycanda gerçəkləşdirdikləri qətl onların arzuladıqları nəticəni vermədi. Məmləkətimizi xaos dalğası bürümədi. Postsovet məkanına transfer olunan rəngli inqilabın növbəti dayanacağının Azərbaycan olacağı haqda düşünənlər yanıldılar. Belə olan halda bölgədə marağı olanlar bütün mümkün variantların işə salınması mexanizminə üstünlük verdilər. Həmin çirkin niyyətin sonucu yaş yarımlıq bir uşağın atasız böyüyəcəyinə verilən fərman oldu. O da “Monitor” yurnalının redaktoru ELMAR HÜSEYNOVUN UŞAĞI idi...
O zaman maraqlı dairələr tərəfindən hədəf kimi götürülən Azərbaycan prezidenti İlham Əliyevə hədiyyə kimi verilən atın Gürcüstan prezidenti Saakaşvilinin əlində tutduğu inqilab rəmzi olan qızılgülü həzmi-rabedən keçirməsi bəlkə də taleyin ironiyası idi. Və bu, bəlkə də siyasi çevrilişlərin yaradıcı texnoloqları olan maliyyə maqnatlarına elə onların öz dillərində cavab reaksiyası olaraq göndərilən mesay idi. Mesayın açmasında çirkin niyyətlərin bu məmləkətdə baş tutmayacağı eskizi dayanırdı. Və tutmadı da. Amma nə yazıq ki, bu proseslərin gedişatında törədilən terror ucbatından Elmarı itirdik...
Elmarın qətlindən sonra həm hüquqi, həm də ictimai sferada bununla bağlı müxtəlif versiyalar irəli sürülmüşdü. Sanki bu versiyaların beyinlərə oturuşması üçün maraqlı qüvvələr əməlli-başlı səfərbər olunmuşdu. Nəzarətləri altında olan mətbu nəşrlər vasitəsilə hərə öz versiyasını cəmiyyətə sırımağa çalışırdı. Dostlarım məni topa tutsalar da, mən də əvvəlki tək o fikirdəyəm ki, bəli, “Elmar Hüseynovun qətli süni partlayışlar üçün nəzərdə tutulmuşdu”. Bunu deyənlər haqlıydılar. O zaman DÜNYƏVİ OYUNUN QROSSNAMƏSİnin səhnələşdirilməsi, köməkçi komponentlərin, düyün nöqtəsinin müəyyənləşdirilməsi, personaylara rol bölgüsünün aparılmasında diktə edən tərəfin istəyincə seçimin aparılması apaydın bir şəkildə görünməkdə idi....
“Monitor”dan Elmarın qətlinə baxanlar yaxşı olar ki, bir az da Elmarın qətlindən monitora baxsınlar. Rəhmətliyin özü ilə şəxsi tanışlığım olmasa da, “intellektual potesialı”na ara-sıra oxuduğum yazılarından bələd idim. Və həmin cüzi bələdçiliyim mənim üçün bir faktı ortaya çıxarmışdı: “Monitor”da brakonyer fərziyyəçilik intellektual formada təqdim olunurdu ki, bu da o yurnaldakı publisistik yırtığa yeni cəsarətli format məzmunu verirdi. BU, BİRİNCİ MƏQAM.
İKİNCİ MƏQAM bundan ibarət idi ki, çoxlarının qənaətinə görə “Monitor”un səhifələrində iqtidarla müxalifətin tənqidində belə demək mümkünsə, guya bir balans olub. Faktlarsa bunu demir. Müxalifətlə bağlı yazıların ekzogen xarakteri daşıması “Monitor”da apaydın görünməkdə idi. Paralel olaraq hakimiyyətlə bağlı yazılardasa tənqid deyil, nifrət hissini formalaşdırmağa cəhd var idi o yazılarda. Bu kontekstdə Elmarın öz yazılarısa sanki hansısa hesabat xarakterli olurdu ki, burada da fərziyyəçilik nisbi çoxluq təşkil edirdi.
Mətbuat onu da bacarmışdı ki, artıq cəmiyyətimizin isnad nöqtələri fərziyyələr idi. Elmar da belə fərziyyələrdən istifadə etməyi fəaliyyət prinsipinə çevirdi. Onun qətlə yetirilməsi sübut etdi ki, fərziyyələrin arxasında dayanan demokratik prinsiplər yox, vəhşi qəzəbdir. Elmar da həmin qəzəbin qurbanı oldu. O zaman ZƏRDÜŞT ƏLİZADƏ gözəl bir söz demişdi: “Bu qətldə İlham Əliyev nişan alınıb, Elmar Hüseynovsa qətlə yetirilib”. Təbii ki, bu fikrin kiçik detallarına varanda bir neçə istiqamətdə haçalanmanın şahidi olarıq. Ancaq buna ehtiyac yox. EHTİYAC bu qətlin özündən o zamandan ta indiyədək siyasi və ədəbi interpretasiya düzənləyənlərin inadlarının mahiyyətinə işıq salmağadır. Elmar qətl olunana qədər bir qisim mətbu nümayəndələri çıxmaq şərtilə qalanları ya onu heç tanımır, ya da heç bu adamdan xoşlanmırdılar. O ki, qaldı cəmiyyətin sıravi üzvlərinə!!!!??? Di gəl ki, bu adamlar başda olmaqla bildi, bimədi elə hey vurğulayırlar ki, “Elmar Azərbaycan mətbuatının birincisi olub”, yaxud “Elmar Azərbaycan mətbuatının ən demokratik ruhlu yaradıcı insanı olub”. Lap tutaq ki, belədir.
Aha, elə isə AÇAR SUALLAR yağışı gəlir. O zaman Qətl hadisəsinə görə özünə əl qatan ƏLİ KƏRİMLİ nədən sağlığında Elmar Hüseynovu “birinciliyi”nə görə yetərincə qiymətləndirmirdi?
Nədən Əli Kərimli “ən böyük demokratik düşüncəli yazar”a yurnalı çapı üçün öz yardım əlini uzatmırdı? Axı heç kimə sirr deyil, bu, həmin dönəm idi ki, Əli bəyin yardımıyla bir neçə “demokratik olmayan qəzet” çıxırdı. Mən hələ o zamankı “sarı mətbuat”la Əli Kərimlini bağlayan tellərdən danışmıram...Eynulla Fətullayevin fikrinə inansaq axı “o zaman yurnalı saxlamaq üçün Elmar evini satlığa qoymuşdu”. Yeri gəlmişkən, bu məsələdə də Eynullanın fikirləri yalnız faktlarla danışmağı xoşlayan vəkil ASLAN İSMAYILOVUN bəyan etdikləriylə də üst-üstə düşmür.
SÖZARASI: Elmar Hüseynov yurnalist təxəyyülü ilə deyil, ölümüylə bu millətə daha çox xeyir verdi. Onun ölümüylə ictimai-siyasi sferadakı statistsifətlilik, mətbuatımızdakı EYNULLALILIQ əməlli-başlı ifşa olundu.
O zaman Elmar Hüseynovun qətlini “çağdaş tariximizdə bir ilk” adlandıran Əli Kərimli, İsa Qəmbər nədən 1992-ci ildəki SƏLİM HƏQQİnin qətl hadisəsini, İBİŞin öldürülməsini unutdular?
YERİ GƏLMİŞKƏN, İsa bəy Müsavat başqanlığından da getdi, ancaq bizim bu ZURNALİSTLƏR bir dəfə də olsun ondan o zamankı Beynəlxalq Mətbuat Mərkəzində sərgilədiyi siyasi pentaqrammanın açmasını sormadılar. Onda İsa bəy “xaricilər bizdə ciyasətçilərin və YURNALİSTLƏRİN ÖLDÜRÜLMƏMƏSİni (seçmə mənimdir – müəllif) mühüm demokratiya faktı kimi qiymətləndirirlər” demişdi. Törədilən qətllə birgə belə fikirləri məntiqin süzgəcindən keçirəndən sonra paralellər aparsaq, görən hansı nəticənin şahidi olarıq?....
Elmarın qətliylə bağlı artıq hüquqi qərar verilib. Bu mövzudan ədəbi və siyasi divident toplamağa çalışanlarsa (lütfən, mən Allahımdan qorxuram, bu yazını da o kateqoriyaya aid etməyin) hələ də xışın gücüylə şum etmədədilər. Hələ də aldadıcı addımlarla (qoy buna spekulyativ, manipulyativ yestlər də deyim ki, günümüzün eynullaları da başa düşsünlər – müəllif) səmti dəyişməyə çalışanlar var. Bütün bunlara və faktiki olaraq Sözə olunan qəsdə görə bu mövzu hər zaman yeniləcək. Ancaq mənim üçün hələ də qaranlıq qalan məqamlar var...
ƏCƏBA, necə olur ki, o zaman İsa Qəmbər və Əli Kərimli başda olmaqla “real müxalifətçilər” öz mətbu orqanlarında dönə-dönə vurğulayırlar ki, “hakimiyyətin zəbt olunmasında bp şirkəti başlıca rol oynayıb”. Ancaq nədənsə Elmarın qətlindən bir neçə gün əvvəl və ondan sonra da bp şirkəti elə həmin kəslər tərəfindən öz mətbu orqanlarında “demokratiyanın keşiyində duran şirkət” kimi təqdim olunurdu?
NECƏ OLUR Kİ, “sülalə reyiminin hakimiyyətə gəlməsində bp şirkəti əsas rol oynayıb” deyən Əli Kərimlinin ən yaxın adamı elə həmin şirkətin xəttiylə o dövrdə himayəyə götürülərək İngiltərəyə hansısa təhsil dalısınca göndərilir?
NECƏ OLUR Kİ, o zaman “Andreas Qross adlı bir qurumsaq Elmarın qətlindən bir az öncə Bakıya gələr-gəlməz elə həmin bp şirkətiylə məxfi görüş keçirir”, nələrin müzakirə olunması da bütün ictimaiyyətdən gizli saxlanılır?
NECƏ OLUR Kİ, o zamana qədər bu qurumsaq Qross əvvəlki Bakı səfərlərində heç zaman bp şirkətiylə görüş keçirməkdə maraqlı olmayıb?
NECƏ OLUR Kİ, elə həmin dönəmlərdə Böyük Britaniya xüsusi xidmət orqanlarının internet saytlarında məmləkətimizlə bağlı emosiyaları coşduracaq informasiyalar paralel olaraq Azərbaycanın mətbu məkanında da kimlərinsə vasitəsilə dərhal gündəmə ötürülür? Belə ardıcıl sistematiklikdə doğrudanmı hasısa bir paralellik axtarmaq lazımdır?...
Bütün bunlara rəğmən o zaman vurğulamışdım ki, Qross ona “demokratiyanın dostu deyənləri” axmaq yerinə qoyub özünə düzgün və faydalı olan işi edirdi. Düşükcəsinə o zaman özünü ”real müxalifət” adlandıranlar və onlara züy tutan mətbu şəbəkə də az qalırdı ki, Qrossu dünya siyasətinin aparıcı fiqurlarından sayır, adını çəkmək istəmədiyim , indi özünə mətbu holdinq yaradan onların xanım yazarları da Qrossu “kişi Adam” adlandırırdı. Halbuki üzünə tüpürüləsi adamlar sırasında elə həmin Qrossun yeri ön cərgədədir. O zamanın güzgüsündən Qrossa baxanda onun “Xocalı soyqırımı olmayıb” formatında təqdim etdiyi siyasi fahişəliyinə demokrat donu geyindirənləri də həmçinin....
GÖRƏN Qross “azərbaycanlılar elə bilir ki. mən onların Avropadakı ombudsmanlarıyam” deyəndə hansı hədəfi nişan alırmış?
GÖRƏN Qross o zaman “mən adımın Azərbaycanda hazırlanan dövlət çevrilişində hallanmasından məmnunam” deyəndə hansı hədəfi nişan alırmış?...
Heç kəs düşünməsin ki, bütün bu misalların çəkilməsi Elmarın qətlə yetirilməsində bp şirkəti və Qrossun, yaxud hansısa müxalif qüvvənin ötürücü qayış olma ehtimalını özündə ehtiva edir. Qətiyyən. Və ən azından artıq bu iş öz hüquqi həllini tapıb. Sadəcə olaraq, bunlar o zamankı mətbu açıqlamalara istinadən fərziyyələr əsasında ərsəyə gələn şübhələr toxumudur. O zaman belə toxumların cücərməsində xaşla başın, başla daşın siyasi striptizini düzənləyən siyasət və mətbuat dəllaları daha irəli gedərək brakonyer fərziyyəçiliyi qərəzli hesabatların emosiyaları coşduracaq məqamlarıyla çulğalaşdıraraq təqdim edirdilər. Yenə də bütün bunlar bir fərziyyədir, axı Toplumun əksər hissəsi fərziyyə aludəçisidir. Elmarın qətliylə bağlı bütün fərziyyələr gözdən keçirilib, versiyalarsa araşdırılıb və öz hüquqi həllini tapıb...
Elmar Hüseynovun qətli bir ailənin faciəsi olsa da, bütövlükdə dövlətçiliyimizə, söz azadlığımıza olan qəsd idi. Gerçəyin bir üzü də bu idi ki. müstəqillik ağacımıza dırmaşıb onu sındırmaq istəyən keçilərin dala baxan oğlaqları da var idi. Bu məsələdə bir məqama da diqqət ayırmaq pis olmazdı. Elmarın heç ili çıxmamış hansı siyasi partiyalara və hansı formada, hansı “mətbu general”a və hansı formada yardımlar kimlər tərəfindən edildi? Kimlərin yerişində, duruşunda, mətbu çıxışında ədalı elementlər çoxaldı? Kimlər mətbu dəyərləndirmələrdə şərəfləndirildilər? Əgər qətlə yetirilən Elmarın Azərbaycanda bunca “dostları” var idisə, nədən Ruşaniyyə xanım öz yetimiylə baş alıb Hollandiyaya getdi? Nədən “dost” qapıları doğma sayılmadı mərhumun həyat yoldaşına? Doğma deyildinizmi ay günümüzün eynullaları və siz kimə doğma idiniz? Bunların da baş verən qətllə bir əlaqəsi yoxdur, sadəcə olaraq, dahiyanə işlədilən kələkləri çözmək baxımından o zamanın qoltuq ağacının rəsminin nümayişidir ki, unutmayaq. Qərbin dahiyanə kələklərinə aldanmayaq. Və həm də unutmayaq ki, Hollandiyada da bir atasız uşaq böyüməkdədir....
İGİD TEYMURLU