Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Müsavat Partiyası əslində konfenderasiyadır”

 

Aydın Mirzəzadə: “Müsavat rəsmiləri bunu yada salmamağa çalışırlar...”

"Xeberinfo.com":  Millət vəkili Aydın Mirzəzadənin Gün.Az-a müsahibəsi:

- Aydın müəllim, son günlər Müsavat partiyasında baş verənləri, xüsusilə, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun sözügedən təşkilatdan xaric edilməsini necə dəyərləndirirsiniz? Proseslər Müsavat üçün nə vəd edir?

- Əvvəla qeyd edim ki, müstəqillik illərində yaranan Müsavat Partiyası, əslində partiya yox, koinfenderasiyadır. Yəni, bu təşkilat bir əqidə, bir amal, bir düşüncə sahiblərinin yetkil partiyası olmayıb, ayrı-ayrı qrupların Müsavat Partiyası brendi altında birləşmiş bir platforması idi.

Bu partiyanı XX əsrin əvvəllərində fəaliyyət göstərən Müsavat Partiyasının varisi kimi götürmək də düzgün olmazdı. Həmin partiya ümumdemokratik və milli vətənpərvər prinsiplərə söykənən bir siyasi təşkilat idi.

ADR-in süqutu, sonradan isə bu partiyanın, sadəcə, adının yaşaması, daha sonra onun bərpa olunması ilə partiyanın davamı demək olmaz. 1992-ci ildə bərpa edilən Müsavat Partiyası yeni bir partiya idi. Sadəcə, köhnə addan istifadə edirdi. 

“Onların fəaliyyəti, çıxışları, mövqeləri də göstərirdi ki, əslində Müsavat Partiyası tamam fərqli düşüncəli insanları birləşdirən bir siyasi dərnəyə çevrilib”

Ancaq tarixdə birinci Müsavat Partiyasının qoyduğu irs bir çoxlarını da rahat buraxmırdı və hər biri bu addan maksimum istifadə etməyə çalışırdı. Buna görə onlar bir ad altında birləşmişdilər və onların fəaliyyəti, çıxışları, mövqeləri də göstərirdi ki, əslində Müsavat Partiyası tamam fərqli düşüncəli insanları birləşdirən bir siyasi dərnəyə çevrilib.

Müəyyən müddət bu və ya digər səbəbdən onlar İsa Qəmbərin formal olaraq liderliyini qəbul etdilər. Ancaq bu, heç də onun fikirləri ilə razılaşıldığı demək deyildi. Heç də təsadüfi deyil ki, zaman-zaman Müsavat Partiyasından, doğrudan da, cəmiyyətə bir demokratiklik gətirmək, cəmiyyətdə konstruktiv müxalifət əhval-ruhiyyəsi yaratmaq istəyən xeyli sayda intellektuallar həmin partiyadan çıxıb getdilər.

“Müsavat rəsmiləri bunu yada salmamağa çalışırlar...”

Nədənsə indi Müsavat rəsmiləri bunu yada salmamağa çalışırlar. Amma fakt faktlığında qalır ki, onların getməsi ilə Müsavat Partiyası, sadəcə, konfederasiyadan bir qrup, bir ideoloji düşüncəni sıradan çıxarmış olur.

Qalanlar İsa Qəmbərin başqanlıqdan sonrakı dövrdə öz ideyalarını daha geniş yaymağa cəhd edirdilər. Müsavat Partiyasının sonuncu qurultayında da bu maraqlar tamamilə bariz şəkildə ortaya çıxdı. Bir qrup hansının ki, lideri İsa Qəmbər sayılır və indi də elə liderliyində qalmağında davam edir, onlar radikallıq, Azərbaycanın bugünkü gününə müvafiq qərarların ortaya qoyulmadığı bir yolun tərəfdarları idi.

Xaricdən müəyyən mərkəzlərlə sıx bağlılığı, Azərbaycanın maraqlarını deyil, öz marginal maraqlarını ortaya qoyması İsa Qəmbər-Arif Hacılı qruplaşması üçün xarakterik idi. Və İsa Qəmbər özündən sonra demokratik seçki keçirilməsində maraqlı olmadığını açıq bildirirdi və var gücü ilə Arif Hacılının namizədliyini qabağa verirdi...

“Onları elektorat, cəmiyyətin qəbul edib-etməməyi, qətiyyən, maraqlandırmır”

- Ancaq fakt odur ki, seçkilərdə indiki başqan, yəni, Arif Hacılı qalib gəldi və belə demək mümkünsə, hakimiyyətin özü də, Ədliyyə Nazirliyi də həmin qrupu legitim sayır, bəzi iqtidaryönlülər istisna olmaqla...


- Düzdür, elədir. Amma həmin namizəd  də cüzi bir səslə qalib gəldi. Aydın məsələdir ki, oxlokratiyanı, neqativ mühafizəkarlığı özünə şüar edən qrupla müasir dövrə alternativ variantlar təklif etməyə çalışan qruplar arasında barışıq ola bilmirdi və bu baxımdan, mübarizə başqan və başqanlığa keçmiş namizəd arasında deyil, məhz həmin o Müsavat Partiyası adlı konfederasiyanın tərkibindəki ayrı-ayrı fraksiyaların ölüm-dirim mübarizəsi idi.

Bir fraksiya - İsa Qəmbər-Arif Hacılı fraksiyası fərqli platformada qalib gəldi. O bildirdi ki, fərqli düşüncəyə və yaxud da yeniləşmiş partiyaya ehtiyacı yoxdur. İndiki situasiya onları tam qane edir. Onsuz da onları elektorat, cəmiyyətin qəbul edib-etməməyi, qətiyyən, maraqlandırmır. Yada salaq ki, İsa Qəmbər dəfələrlə xaricdə olarkən Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi tələb edib. 

“Legitimlik, təbii ki, Müsavat Partiyasının indiki rəhbərliyindədir”

O nəzərə almır ki, sanksiya edilən ölkədə, ilk növbədə ziyan çəkən sadə vətəndaş olur. Görünür, bu tip məsələlər Müsavat rəhbərliyi üçün çox da maraqlı deyildi. Bu gün rəsmi olaraq legitimlik, təbii ki, Müsavat Partiyasının indiki rəhbərliyindədir. Qurultaylarını keçiriblər, səsləri qazanıblar və hakimiyyət onlardadır. Öz Nizamnaməsinə uyğun olaraq hərəkət edirlər.

Sadəcə, Müsavat daxilində bir qrup digər qrupu sıxışdırıb çıxardır və partiyaya nəzarəti tamamilə öz əlinə almağa, partiyanın bundan sonrakı inkişafını heç bir müxalifət, heç bir opponentlik olmadan ancaq öz düşüncəsi ilə aparmağa çalışır.

Digərlərinin özünü də nə hakimiyyətə yaxın, nə demokratik adlandırmaq düzgün olar. Sadəcə, onlar bu gün uduzublar deyə, cəmiyyətdə onlara qarşı necə deyim, bir  yazıqlıqgəlmə əhval-ruhiyyəsi var.

Əslində isə o çıxarılanlar və Müsavatın indiki rəhbərliyi ilə razılaşmayanların özləri də indiki iqtidara qarşı müxalifətdə olan və bugünkü inkişafı qəbul etməyən insanlardır.

İki müxalifət partiyasının birləşdiyi Müsavat Partiyası parçalanaraq rəsmi şəkildə bir qrup çıxarıldı, yəni,  anti-Hacılı, anti-İsa Qəmbərçi qrup partiyadan çıxarıldılar.

“Müsavatın gələcəyi necə olacaq, cəmiyyət üçün  də, ciddi siyasi tədqiqatçılar üçün də maraqlı deyil”

Formal olaraq partiya olan konfederasiya parçalanaraq bir neçə qrupa ayrıldı. Müsavatın gələcəyi necə olacaq, açığını deyim, cəmiyyət üçün də, ciddi siyasi tədqiqatçılar üçün də bu, maraqlı deyil.

Çünki bu partiya siyasi proseslərdə real qüvvə kimi iştirak etmək, Azərbaycanın demokratikləşməsinə, Azərbaycanın qüdrətlənməsinə töhfə vermək şansını çoxdan itirib. Sadəcə, gündəlik xəbərlər üçün, intriqa həvəskarları üçün bu maraqlı bir mövzudur....

“Bu gün cəmiyyətin seçdiyi siyasi qüvvə var – Yeni Azərbaycan Partiyası. Bu gün cəmiyyətin inandığı lider var – Prezident İlham Əliyev”

- Yəni, iddia edirsiniz ki, Müsavat Partiyasında qalib gələn qrupun və oradan çıxarılan qrupun bu gün Azərbaycanın siyasi həyatında güclü bir qüvvəyə çevrilmək, cəmiyyətin əsaslı bir hissəsini arxasınca aparmaq, cəmiyyətə və dövlətə öz inkişaf proqramlarını təqdim etmək marağı yoxdur...

- Bəli, bu, belədir, bunun əksi görünmür və müşahidə olunmur. Eyni zamanda,  onlarda o potensial da yoxdur. Bu gün cəmiyyətin seçdiyi siyasi qüvvə var – Yeni Azərbaycan Partiyası. Bu gün cəmiyyətin inandığı lider var – Prezident İlham Əliyev.

Cəmiyyətin mütləq əksəriyyəti bunların arxasınca gedir. Eyni zamanda, elektoratın qalan hissəni isə bu və ya digər cəhətcə parlamentdə təmsil olunan partiyalar öz ətrafına çəkə biliblər. Və onlar bu və ya digər formada cəmiyyəti demokratikləşdiriblər, cəmiyyətin problemlərini həll etməyə öz töhfələrini veriblər və prinsipcə müstəqil Azərbaycan quruculuğu uğrunda onların da müəyyən iştirakı var. 

“Maraqlar, marginallıq, korporativlik, bunlar heç bir zaman siyasətdə uğur qazandıra bilməz...”  

Ancaq Məhəmməd Əmin Rəsulzadənin adından sui-istifadə edərək siyasi gündəmdə qalmaq, Azərbaycan tarixində görkəmli yer tutmuş Müsavat Partiyası brendindən istifadə edərək siyasətdə bir faktor olmağa çalışmaq, bunlar heç bir nəticəsi olmayan üsullardır.

Ayrı-ayrı dövrlərdə, ayrı-ayrı ölkələrdə belə üsullar kifayət qədər olur. Ancaq fakt-faktlığında qalır ki, bu gün Müsavat Partiyasının adından istifadə edərək, indiki təşkilatı cəmiyyətə XX əsrin əvvəlində mövcud olmuş partiya kimi təqdim etmək istəyən qüvvələr məğlubiyyətə uğradılar. 

Çünki onlar proseslərə radikallıqla yanaşdılar. Cəmiyyətdə proseslərə qeyri-obyektiv yanaşdılar. Azərbaycançılıq onlar üçün əsas amil olmadı. Maraqlar, marginallıq, korporativlik, bunlar isə heç bir zaman siyasətdə uğur qazandıra bilməz.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam