Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

SOKRATIN “GİZLİNLƏRİ” YALANÇI RUHLAR MƏSKƏNİNDƏ

 

 

SIRINAN “KÖNÜL RAHATLIĞI” VARİANTI

 

 

Tələbə vaxtı fəlsəfə müəllimimizdən eşitmişdim ki, qarşı tərəfdən təsdiqləyici cavab almaq Sokratdanqalma metoloyi bir üsul olub. Bu, o Sokratdır ki, hələ bizim eradan əvvəl qədim Yunanıstanda öz fəlsəfi məktəbini yaratmış və bu məktəbdə insan naturasını gördüyü qədərində ən kiçik detallarına qədər çözə bilmişdir. Zaman ötdükcə Sokratın “gizlinləri” həm dövlət idarəçiliyində, həm də cəmiyyətin bu və ya digər sahələrində lazımi anlarda taktiki gediş kimi əsas götürülüb. Lap elə indinin özündə olduğu kimi...

Sokratın öyrətdiyi ZADLAR o qədər məşhurlaşıb ki, hətta bisavad Əbil Kişi də onun dediklərini əzbərləyib. Əbil Kişinin deməsinə görə, Sokrat elə suallar qururmuş ki, istər-istəməz onunla həmsöhbət olan kəs bu adamla razılaşmaq məcburyyətində qalırmış. Və iş burasındadır ki, həmin “məcburiyyət” günün reallığı çərçivəsindən kənara çıxmadığı üçün tərəf müqabil də Sokrata “gözün üstə qaşın var” deyə bilmirmiş.  Əbil Kişinin deməsinə görə, əgər onun Sokrat qağası bu gün Azərbaycanda yaşasaydı, yəqin ki, o, öz istəyini cəmiyyətə sırımaq üçün biçarə vətəndaşlara belə müraciət edərdi.

Deyərdi ki, ay camaat, siz heç istəməzsiniz ki, bayrağınız okeanın o tayında, bu tayında, Avropanın göbəyində, buzlar diyarı olan Antarktidakı pinqvinlərin təpəsində, Afrikanın cəngəlliklərində, çoxları üçün göz dağı olan Olimp dağında, nə bilim daha harda, harda..., lap elə itmiş Atlantida dalğalansın?

Cavab olacaq ki, “həəə, istərdim, nöş istəmirəm!?”.

Sokrat deyəcək ki, həmin yerlərdə o bayrağın dalğalanması üçün “inkişaf eləmiş dövlət” olmalıdır, eləmi, qadan alım?

Cavab olacaq: “Elədir ki, var, Sokrat qağa!”.

Sokrat deyəcək ki, əzizim Əbil Kişi, “inkişaf eləmiş dövlət”, “makroiqtisadi göstəricilərə nail olan güclü ölkə”nin olması üçün daxildəki mikroiqtisadi və mikrosiyasi dalğaları susduracaq siyasi  stabillik lazımdır ki, pul-para sahibləri də buralara gəlib sizin dillə desək, iqtisadiyyatınıza investisiya qoysunlar. Ki, sizlər də dərd əlindən qara geyib göy bağlamayasınız, para sahibi olub ağ günə çıxasınız, eləmi, qadan alım?

Cavab olacaq: “Elədir ki, var, başına dönüm!”.

Sokrat deyəcək ki, əzizim Əbil Kişi, əgər sən dövlət olaraq dünyanın bir parçasısansa, onda zəhmət çəkib, elə həmin dünyanın bütün iyrənc oyunlarını da oynamaq məcburiyyətindəsən. “Makroiqtisadi göstəricilərə nail olmaq üçün” “devolvasiya”, “denominasiya” havası altında çalınan dollar oyununda olduğu kimi. Yoxsa Milli Bankınız dollarsız qalar. Bu da fəlakətdir. Çünki belə olan halda sizlərdə olan “papanın gül balaları” 230 min dollarlıq saatları qollarına taxıb, sosial şəbəkələrdə başı batmış ermənilərə “alın, a; yana-yana qalın a; mən Azərbaycan vətəndaşıyam!” – deyib, ölkənizi təmsil edə bilməzlər, eləmi, qadan alım?

Cavab olacaq: “Elədir ki, var, Sokrat qağa!”...

...Qərəz, Sokratın işi boş-boş danışmaqdan ibarət olduğu üçün ölüm yuxusunu dadızdıran və yaşadan suallarla Əbil Kişini üz-üzə qoyub, elə hey ondan təsdiqləyici “hə” cavabını alacaq.

Və axırda Sokrat yenə də deyəcək: Əzizim Əbil Kişi, mən özümdən təzə zadlar kəşf etmədim, sadəcə olaraq, sizin gününüzün gerçəkliyini dilə gətirdim. Və göründüyü kimi sən özün də bu gerçəkliyin tam olaraq oturuşması üçün canla, başla “hə” dedin. Belə olan halda qəpik söhbəti etməyinə dəyməz. Qardaşım, bütün bunları sən özün istəmisən ki, guya bütün bunlar ancaq və ancaq sənin rifahının yaxşılaşdırılması üçündür, eləmi, qadan alım?

...Əlacsız qalan Əbil Kişi Sokratın bu qənaətini də tarixin izləri fonunda beynində dramatikləşdirib onun effektlililyini artırmağa çalışdı. Sokratın qardaşlığı düşdüyü paranoik halda özü-özünə deyinirdi: Ayə, bizimkilər qalsın bir yana, hətta bu gün dünyanı orta barmağına sarıyan ABŞ-ın o vaxtkı prezidenti Ruzvelt də elə Sokrat qağanın “gizlinləri”ndən yararlanıb. Axı deyilənə görə, Ruzvelt kimisə vəzifəyə təyin edəndə bütün siyasi boslara bu namizədin məhz onlar tərəfindən təqdim edildiyini aşılayırdı. Və elə fon yaradırdı ki, guya bu ideya heç də Ruzveltə deyil, onların özünə məxsusdur. Vəzifəyə təyin olunmaq üçün adları hallanan şəxslərin ictimai və siyasi fəaliyyətlərindəki müəyyən nüanslara ardıcıl şəkildə mız qoyaraq məhz öz istəyinin oturuşması üçün səlahiyyət çarxının ona verdiyi imkanları işə salan Ruzvelt seçiciləri axırıncı və öz istəyilə axarıncı variant üzərində dayanmağa vadar edirdi. Bununla bağlı Ruzvelt aşağıdakıları bildirib: “Mən onlara deyirdim ki, sizin könlünüzü almaq üçün çarəsizlikdən bu addımı atdım. İndi də bunun müqabilində sizlər mənə könül rahatlığı verməlisiniz”...

Bütün bunlara kompleks şəkildə yanaşanda dünyada baş verən proseslərin fonunda apaydın görünür ki, Sokratın “gizlinləri” daha çox yalançı ruhlar məskəni olan ölkələrdə kefi istəyən tərzdə öz işini görməkdədir...

Təki özləri könül rahatlığı tapsınlar...

...Qərəz, günahların hamısı Sokratın “gizlinləri”ndədir. Bir yanda “inkişaf eləmiş ölkə” kodu altında yalançı ruhlar məskənində çirkin oyunlar oynanılır, digər bir yandasa elə bu “gizlinlər”in sayəsində super güclərin formalaşdırdıqları terrorizm öz işini görməkdədir. Daxili genefondumuza olunan hücumla paralel bir şəkildə Yaxın Şərqdə baş verənlərin fonunda da türk və islam mədəniyyətinin yer üzündən silinməsi prosesi gedir. Qədim Şumer, Assuriya mədəniyyətlərini yerlə yeksan edən beynəlxalq super güclər şərqlilərin Başlarına və Qəlblərinə bir könül rahatlığı veriblər ki, biz də hansısa terrorist qrupla mücadilə aparmaqda sizinlə həmrəyik. Onların qalxan dollarlarısa yalançı ruhlar məskənindəkilərin könüllərini toxdadıb. “Axı biz dollarsız qala bilməzdik”  deyənlərin baş verənlərə ironik yanaşmaları guya ki, bu millətin sabahını fikirləşməyin nəticəsidir. Heyvamız, narımız olmasa da, böyük bağ görüntüsünü sərgiləməyə çalışanlar heç fərqində də deyillər ki, axı bu zillətlə millət onların vurğuladıqları “sabah”a necə çıxa biləcək?...

Bəli, bəli, bütün günahlar Sokratdadır ki, ərsə gətirdiyi “gizlinlər”lə gör nə qədər həqiqətlərin üstünü pərdələyib. Adama toxdaqlıq verən bizimkilər də inandırıcı açıqlamalar, cavablar metodu ilə guya ki, ayıbları gizlədib, dövlətimizin üst-başını düzəldirlər. Əslindəsə onlar öz istədiklərini cəmiyyətə sırıyırlar... Yeri gəlmişkən, tələbə vaxtı müəllimimdən həm də onu eşitmişdim ki, danışanın inandırıcı cavablar metoduyla çıxış etməsi çox vaxt həmin şəxsin özünə qarşı əks tərəfdə düşmən münasibət formalaşdırır. Ac vətəndaşsa düşmənçiliyin yox, dostluğun tərəfdarıdır...

 

 

P.S. Sokrat demişkən, qəlbimdən gələn zadlar mənə çox şeylər öyrədir...  

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam