Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Elşad İsgəndərovun “vurulmasının” sensasion gizlinləri

Elşad İsgəndərovun “vurulmasının” sensasion gizlinləri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərovun hədəfə çıxarılmasının sensasion təfərrüatı məlum olub

Xeberinfo.com:   Politika.Az-a mötəbər mənbədən daxil olan xəbərə görə, keçmiş komitə sədri Fətullah Gülən hərəkatının və hakimiyyətdəki bəzi qüvvələrin qəzəbinə tuş gəlib. 

Komitə sədri olduğu müddətdə təlimat və sifarişləri icra etməyən, bəzi dairələrdən gələn əmrlərə boyun əyməyən E.İsgəndərova qarşı intiqam hissi var. Yenidən süni şəkildə gündəmə gətirilən sabiq komitə rəhbəri yenə də Gülən “Camaatı” ilə bağlanır. 

Onun 2014-cü ildə də eyni damğa ilə hakimiyyətdəki bəzi düşmənləri tərəfindən “vurularaq” vəzifəsindən kənarlaşdırılmasına səbəb məhz gələn tapşırıqları yerinə yetirməməsi olmuşdu. 

E.İsgəndərov istisna komitə sədri idi ki, rəhbərlik etdiyi dönəmdə radikalizmə, təriqətçiliyə qarşı amansız mübarizə aparıb, xarici təsirlərə uymadan fəaliyyətini davam etdirib və ən əsası Gülənə bağlı kadr olmayıb. 

O zaman Elnur Aslanov, Ceyhun Osmanlı, Fərhad Məmmədov “gülən ovu” zamanı ifşa edilərkən bu cərgəyə vəziyyətdən sui-istifadə edən qüvvələr Elşad İsgəndərovu da qoşdular. 

Politika.Az xəbər verir ki, amma dövlət rəhbərliyinə çatan dosyedə və aparılan təftişlərin yekununda sabiq komitə sədrinin dini görüşünə görə şiə olduğu aydınlaşıb.

Elə bunun nəticəsi olaraq prezidentinin göstərişi ilə yenidən diplomatik vəzifəyə, İstanbulda İslam Konfransı Gənclər Təşkilatına baş katib vəzifəsinə təyinat alıb. 

2014-cü ilin oktyabrında isə Bakıdan “nurçu” adı ilə işdən azad edildiyi iddia edilən İsgəndərov Türkiyədə “gülənçilərlə” amansız mübarizə aparan Azərbaycan və Türkiyə hökumətlərinin ortaq namizədi olaraq İKGF-nin sədri seçilir. 

İKGF prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə qurulub. Elə həmin Ərdoğanın oğlu və FETÖ şantajının əsas hədəflərindən olan Bilal şəxsən seçkidə iştirak edib və E.İsgəndərov sədr seçilib. İndi isə Bakıda yenidən “nurçu ovu” başlayıb və kimlərinsə yadına yenidən İsgəndərovu “nurçu” elan etmək düşüb. 

Mənbənin qeydlərinə görə, bu şantaj kampaniyasının arxasında Gülənçi qüvvələr və hakimiyyətdə sabiq komitə sədrini sevməyənlər dayanır. Çünki komitə rəhbəri olduğu dövrdə nə Güləndən gələn təlimatları yerinə yetirib, nə də həmin hakim dairələrin sifarişini...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam