Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İnsan alverinin, əxlaqsızlığın “Relax” nümunəsi: RƏZALƏT!

     

 

Çörəyi ... çıxanlar və bu rəzalətə göz yumanlar...

 

Xeberinfo.com: Əxlaqsızlıq məkanları, insan alveri ilə bağlı dövrü mətbuatda ardıcıl yazılar dərc olunmaqdadır. Az qala həftədə 2-3 belə yazılarla rastlaşmaq mümkündür. Konkret ünvan və faktların əks olunmasına baxmayaraq, bu yazılara aidiyyatı orqanlar tərəfindən gözlənilən reaksiya müşahidə olunmur. Mətbuatın araşdırıb, üzə çıxardığı, qanuna və əxlaqa sığmayan faktlar elə fakt olaraq da qalmaqdadır. Nə çörəyi ... çıxanlar əməllərindən əl çəkir, nə də məsul şəxslərin “tükü tərpənir”.

Bu istiqamətdə xeberinfo.com-a daha bir məlumat daxil olub: söhbət paytaxtın mərkəzində- Rəşid Behbudov küçəsində fəaliyyət göstərən “Relax” masaj salonundan gedir. İllərdir əxlaqsızlıq ampulasında fəaliyyət göstərən bu məkanla bağlı məlumat əslində yeni də deyil. “Relax”da tüğyan edən insan alveri, əxlaqsızlıq bazarı ilə bağlı dəfələrlə yazılıb. Nədənsə bu qədər yazılmağın qarşılığında “Relax”a “dur” deyən tapılmır ki, tapılmır.

Məlumata görə “Relax”ı Mübariz və Ədalət adlı şəxslər şərik işlədirlər. Daha doğrusu obyektin görünən sahibləri bunlardır. Hətta “Relax”dan əlavə də eyni profilli obyektlərin Mübariz və Ədalətin kurasiyasında olduğu deyilir.

Məlumatlar əsasında “Relax”da apardığımız müşahidələrdən burada vəziyyətin bir müddət əvvəl yazıldığı kimi olduğu məlum olur: Şəhərdə ən məşhur pritonlardan biri “Relax” adı ilə tanınan yerdir. Bu obyekt aşkar şəkildə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir və obyekt sahibinə “gözün üstə qaşın var” deyən yoxdur.
Heç şübhəsiz ki, sözügedən pritonu yüksək çinli məmur-oliqarx himayə edir. “Relax” Rəşid Behbudov küçəsində, Mərkəzi Bankdan yuxarıda yerləşir. Obyekt formal olaraq masaj salonu sayılır. Qapıları 24 saat taybatay açıq olan bu məkana gələnlər saysız-hesabsızdır. İçəri daxil olan müştəriyə dərhal masaj xidməti təklif olunur. Müştəri bəyəndiyi qıza yaxınlaşıb, onunla sövdələşir və elə orada ayrılmış otaqlardan birinə gedir. Belə ki, bu obyektdə ayrı-ayrı otaqlar var və orada intim xidmət göstərilir.
Bildirək ki, “Relax”da yarım saatlıq intim xidmət 50 manatdır. Obyekt 3 mərtəbəlidir və hər mərtəbəsində müxtəlif yaşdan və millətdən olan qızlar oturub müştəri gözləyirlər.
Ümumiyyətlə, şəhərin bir neçə ərazisində masaj salonu, hamam, çayxana adları altında pritonlar fəaliyyət göstərir.
Hüquq-mühafizə orqanları ara-sıra bu cür obyektləri aşkarlayırlar. Amma ara-sıra... Çünki belə böyük gəliri olan can bazarlarının arxasında böyük-böyük adamlar dayanır. Onlara bəzən heç polisin də gücü çatmır...

Biz yazını hazırlayarkən həm Ədalət, həm də Mübariz müəllimlə telefon əlqaəsi yaradıb, onları da dinləmək istədik. Dəfələrlə telefon danışığımıza baxmayaraq, heç bir sualımıza cavab ala bilmədik. Aldığımız “cavab” “ötür-ötür oyunu” oldu(?)

 

Sabir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam