Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Karantin rejimini pozan-6945 hərəkət iştirakçısı cərimələndi

Karantin rejimini pozan 6945 hərəkət iştirakçısı cərimələndi
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 06.04.2020-ci il saat 00:00-dan 07.04.2020-ci il 08:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında 861-i Bakı şəhərində olmaqla nəqliyyat vasitələri ilə hərəkətdə olan 1499 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Yenixeber.org: Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 6945 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

DİN Baş DYP İdarəsi bütün hərəkət iştirakçılarına zərurət olmadan və müvafiq qaydada icazə almadan yaşadıqları evlərdən, mənzillərdən çıxmamağı tövsiyə edir, hər bir vətəndaşı ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminə düşünülmüş şəkildə yanaşmaqla tələb olunan qaydalara ciddi riayət etməyə çağırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam