Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Xüsusi karantin rejimini pozan -348 avtomobil saxlanılıb

 
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 31.03.2020-ci il saat 08:00-dan 01.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülən işlər barədə məlumat yayıb.
Yenixeber.org: İdarədən verilən məlumata görə, Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 34-ü rayon, 204-ü paytaxt istiqamətinə olmaqla 238 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib. Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 21-iü rayon, 29-u paytaxt istiqamətinə olmaqla 50 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 39-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 94 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib. Gün ərzində 382 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.

19.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək 8579 nəqliyyat vasitəsinin rayon, 24.03.2020-ci il tarixdən 01.04.2020-ci il 08:00-dək isə 6039 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.

Ümumilikdə bu günədək 14618 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam