Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Karantini pozan-2189 sürücü və sərnişin cərimələndi

 
Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 03.04.2020-ci il saat 08:00-dan 04.04.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.
Yenixeber.org: İdarədən verilən məlumata görə, 03.04.2020-ci il saat 08:00-dan 04.04.2020-ci il 08:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 15-i rayon, 111-i paytaxt istiqamətinə olmaqla 126, Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 4-ü rayon, 31-i paytaxt istiqamətinə olmaqla 58, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 48-i rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 108, Sumqayıt şəhəri ərazisində yerləşən keçid postundan 180 və Abşeron rayonu ərazisində yerləşən keçid postundan 750 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.

Gün ərzində 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib.

Ümumilikdə 19.03.2020-ci il tarixindən bu günədək 18 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam