Türkiyə qırıcıları - terrorçuları məhv etdi

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları dəqiq zərbələrlə İraqın şimalında - Hakurk bölgəsində 4 PKK terrorçusunu məhv edib.
Yenixeber.org: Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, terrorçuların yeri kəşfiyyat məlumatları əsasında əvvəlcədən müəyyən olunub.
Nazirlik əməliyyatların davam etdiriləcəyini bəyan edib.