MSK -baxılmadan geri qaytarılan müraciətlərin sayını açıqladı
“Mərkəzi Seçki Komissiyasına (MSK) 26 halda vaxtı keçmiş müraciətlər daxil olub”.
Yenixeber.org: Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.
O bildirib ki, Seçki Məcəlləsinin tələblərinə görə, həmin müraciətlərə baxıla bilməz: “Bununla əlaqədar olaraq 26 halda müraciətlər baxılmadan geri qaytarılıb. Çünki həmin müraciətlərin göndərilmə müddəti bitib”.