Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Əgər məntəqələrdə xoşagəlməz hallar olduğu iddiasındasınızsa…” –Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı məntəqələrdə baş verən pozuntularla bağlı əhaliyə müraciət edib.

Yenixeber.org: MSK sədri bildirib ki, Seçki Məcəlləsinin tələbinə görə məntəqələrdə baş verən hadisələrlə bağlı narazılıq olanda hökmən dairə seçki komissiyalarına müraciət edilməlidir:

“Əgər müraciət edənlər dairə seçki komissiyalarının qərarlarından narazı olsalar, bu zaman onlar Mərkəzi Seçki Komissiyasına müracət edə bilərlər. Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlər Seçki Məcəlləsinin tələbinə görə ilkin baxış üçün bizim qərarımızla dairəyə qaytarılacaq. Çünki başqa hal olsa, o, hüquqi gücə malik olmaz. Qanunvericiliyin tələbi budur. Mərkəzi Seçki Komissiyasına göndərilən müraciətlər səsvermə günü və səsvermədən sonrakı müddətdə əgər biz ona bir gündə baxmalı idiksə, artıq indən sonra daxil olan müraciətlərə 2-3 gün müddətində baxırıq. Ona görə biz də istəmirik ki, vətəndaşlarımızın etdiyi müraciətlərə baxılması məsələsi uzansın. Bunun üçün bir daha müraciət edirəm ki, məntəqələrdə baş verən xoşagəlməz hallar olduğu iddiasındasınızsa, o zaman gecikmədən dairə seçki komissiyalarına müraciət edin. Ola bilər ki, sizin Mərkəzi Seçki Komissiyasına etibarınız daha çoxdur deyə, müraciətləri birbaşa bizə göndərirsiniz. Amma prosesin həyata keçirilməsi qaydası var”.

M.Pənahov vurğulayıb ki, MSK-nın üzvləri hazırda səsvermə günü sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması ilə məşğuldur: “Biz bu və digər hallarla bağlı yaxın günlərdə qərarlar qəbul edəcəyik. Əgər məntəqələrdə baş verən pozuntular öz təsdiqini tapsa, bununla bağlı aidiyyəti şəxslər cəzalarını alacaqlar. Biz bəzi hallarda məntəqə seçki komissiyalarının səsvermənin nəticələri ilə bağlı qərarlarını ləğv edə bilirik. Yəni hesab edilir ki, orada seçkilər yenidən keçirilməlidir. Ona görə də vətəndaşlarımız narahat olmasınlar. Biz qanunvericiliyə uyğun şəkildə bütün müvafiq addımları atacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam