Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Aztelekom” məhkəməyə verildi–5 milyonluq oğurluq

Amerika şirkəti “Aztelekom”u məhkəməyə verdi – 5 milyonluq oğurluq

Amerika şirkəti olan və 20 ildir internet bazarında fəaliyyət göstərən Avirtel şirkəti "Aztelekom" MMC-ni məhkəməyə verib.

Yenixeber.org: Şirkətin hüquqşünası Qəzənfər Paşayev məlumat verib.

O qeyd edib ki, təmsil etdiyi şirkət haqsız rəqabət və süni inhisarçılıq fəaliyyətinin nəticəsi olaraq 10.000-dən artıq müştəri itirib.

“Tək Avirtel yox, internet bazarında fəaliyyət göstərən digər yerli şirkətlər də xeyli sayda müştəri itkilərinə məruz qalmış, həmçinin müştərilərin də təməl hüquqlarından biri olan seçim hüquqları pozulmuşdur. 

Bəzi müştərilər məsələ ilə bağlı sosial şəbəkələrdə petisiyalar başlatmışlar Prezidentin Strateji Yol Xəritəsində qeyd olunanların əksinə hərəkət edən "Aztelekom" MMC süni inhisarçılıq fəaliyyətini həyata keçirərkən çox təəssüflər olsun ki, Prezidentin Fərmanını əldə rəhbər tuturlar. Cənab Prezidentin hər zaman xarici investisiyanın qorunması, sahibkarlar üçün rəqabətli mühitin yaradılması istiqamətində dəfələrlə çıxışları olmasına baxmayaraq "Aztelekom" bütün bunların əksinə gedərək internet sektorunda monopoliyanın yaranmasına, ölkəmizin imicinin beynəlxalq aləmdə zədələnməsinə şərait yaradırlar. 

"Aztelekom" MMC tərəfindən yaradılan süni maneələrlə bağlı məhkəməyə müraciət olunub (İddia tələbi: 5 milyon məbləğində dəymiş maddi zərərin əvəzinin ödənilməsi və qanunsuz olaraq "Aztelekom" şəbəkəsinə qoşulmuş müştərilərin geri qaytarılması).

Yanvarın 28-də Bakı Kommersiya məhkəməsində hakim Əliyeva Aytənin sədrliyi ilə Avirtel MMC və "Aztelekom" MMC arasındakı məhkəmə mübahisəsinə baxılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam