Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

DİN məlumat yaydı - Mühafizə xidmətinin rəisi həbs edildi

 

 

Sabirabad rayonunda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib.

 Yenixeber.org:  "Kanal13"ün "Yutub" sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim edən Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb. Bildirilib ki, hələ ötən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs DİN-ə müraciət ediblər.

Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb: "Odur ki, 25.11.2019-cu il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin (CM) 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra Baba Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad Rayon Polis Şöbəsinə müraciət edə bilərlər". (Sonxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam